İmam Rizanın (ə) qarşıladığı mübariz alim
Ayətullah Hacı Seyid Yunis Musəvi Nəcəfi Ərdəbili şəmsi 1255-ci ildə Ərdəbildə alim evində dünyaya göz açıb.
Ustadı məşhur şiə mərcəsi Axund Xorasani dünyasını dəyişəndən sonra Nəcəf hövzəsində onun tədrisini davam etdirib. Zalım Rza Pəhləvi dövründə İslama qarşı atılan addımlara ilk etiraz edənlərdən olub. Nəcəfdə böyük nüfuz sahibi olsa da vətəni Ərdəbilə - Darul-irşada qayıdıb. Şəmsi 1314-cü ildə Məşhədə gedib. Rzaxanın hicab qadağasına etiraz etdiyi üçün həbs olunub. Həbs edilən zaman yoldaşları dua-təvəssülə məşğul ikən Ayətullah Seyid Yunis Ərdəbilinin Cəvahir mütaliə etməsi məşhur əhvalatlardandır. Məşhəddə tanınmış ustadlardan biri nəql edir: Yuxuda gördüm ki, İmam Riza (ə) bir şəxsin istiqbalına çıxıb. Sübh mərhum Seyid Yunisin cənazəsini hərəmə gətirdilər. Yuxuda İmam hansı qapıdan daxil olmuşdusa, cənazəni həmin qapıdan səhnəyə apardılar! İmam Xomeyni (r) mübarizə tarixindən danışanda az ad çəkib, onlardan biri Ayətullah Seyid Yunis Ərdəbilidir. Ayətullah Xamenei də öz söhbətlərində onu xatırlayır. Ayətullah Seyid Yunis Ərdəbili 84 yaşında dünyasını dəyişib, İmam Rizanın (ə) hərəmində, Darus-Səadət rivaqında dəfn edilib... Vilayet.info Oxşar xəbərlər
|