ÖVLADIN HÜQUQLARI
Mьəllif: admin1
Tarix: 1-10-2021, 22:06
ÖVLADIN HÜQUQLARI
Bir şəxsin xeyrinə görüləsi vacib iş haqq adlanır. Haqqı yerinə yetirmək isə dini vəzifədir.

İnsan bu dünyada əbədi olmadığından bəşər nəslinin davamı üçün onun artımı zəruridir. Allah insanı artıma fitrətən maraqlı yaratmışdır.

Ona görə də ata-ana öz övladını ciyərparəsi bilir, onun varlığını öz varlığı hesab edir.

Valideyinin övlad qarşısında özünəməxsus vəzifələri vardır:

1. Övlad işarə və söz anladığı ilk gündən başlayaraq onun əxlaqına diqqətli olmaq, onu çirkin vərdişlərdən çəkindirmək lazımdır;

2. Təmizlik həddinə çatanadək körpənin paklığına xüsusi diqqət vermək lazımdır;

3. Oxuyub öyrənmək istedadına çatmış övlad layiqli müəllimin ixtiyarına verilməlidir;

4. Övladın cəmiyyətə çıxma yaşı çatdıqda, valideyn tədricən onu özü ilə cəmiyyətə çıxarıb ədəb qaydaları ilə tanış etməlidir.

Övlada yaxşı ad qoyub ona Quran təlim etmək, tərbiyəsi ilə məşğul olmaq valideynin şəri vəzifəsidir.

Uşaq körpəlikdən böyüyə hörmət ruhunda tərbiyə olunmalıdır.

Həzrət Peyğəmbər (s) buyurur: «Yaşlılara ehtiram Allaha ehtiramdır».

Doğulmuş uşağa zərər olmazsa, ona viladət qüslü vermək, sağ qulağına azan, sol qulağına iqamə demək, yeddinci gün başını qırxmaq müstəhəbdir. Uşaq oğlandırsa, onu sünnət etmək vacibdir.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930