Möminin həyat tərzi necə olmalıdır? – «Nəhcül-bəlağə»nin 10 tövsiyəsi
Mьəllif: admin1
Tarix: 29-10-2021, 10:08
Möminin həyat tərzi necə olmalıdır? – «Nəhcül-bəlağə»nin 10 tövsiyəsi
Quran və Əhli-Beyt (ə) – bütün müsəlmanlar üçün örnək və nümunədir. Ona görə də həm Quranın çatdırışları və həm də Əhli-Beytin (ə) həyat tərzi bizə doğru yolda irəliləməyə yardım edir və İlahi qürb məqamına çatmaqda köməkçimiz olur.

Əgər Məsumların (ə) həyatına nəzər salsaq, görərik ki, onların hamısının həyatı bir qanuna tabe olmuşdur və bu də İlahi qanundur. Şəhid Mütəhhəri bu haqda buyurur: “Bizim əlimizdə Məsumların (ə) 237 il həyat təcrübələri vardır ki, bu 237 ildə heç bir qaydaları əvəz olmamışdır”.

İmam Əli (ə) həm Quran tərəfindən tərbiyə olunmuşdur və eyni zamanda, həqiqi Quranşünasdır. Həm də Həzrət Muhəmmədin (s) tərbiyəsini görmüş ideal bir insandır. Ona görə də İmamın (ə) bizlərə yadigar qoyub getdiyi «Nəhcül-bəlağə» kitabı da bizim üçün misilsiz örnək və nümunədir.

“Nəhcül-bəlağə” müsəlmanlara 10 həyat tərzini tövsiyə edir ki, onlarla tanış olaq.

1. Ehtiyatlılıq və sərhəd qoymaq üsulu.
2. Ədalət.
3. İman əhdinə sadiq olmaq.
4. Sədaqət.
5. Mehribanlılıq və yola getmək.
6. Haqqı qorumaq.
7. Vəzifə.
8. Təqva.
9. Etidal.
10. İşə götürən zaman keyfiyyətə diqqət etmək.

- İnsan gərək özü ehtiyat əhli olsun və sərhədlərini qorusun. Çünki hər kim onun hərəminə təcavüz edər, onu süqut etdirər.

- Əgər müsəlman ədalətli olarsa, həm dünyası və həm də axirəti abad olar. İmanı artar və insanların da, Allahın da sevimlisi olar.

- Müsəlman imanının keşiyində durmalıdır və nəfsi ilə mübarizə aparmalıdır. İmanını aradan aparacaq əməllərdən çəkinməlidir.

- Sədaqət – hər bir möminin ən bariz sifətlərindəndir – həm fərdi həyatında və həm də ictimai həyatında.

- Mömin insan mehriban və mülayim olmağı öyrənməlidir ki, ictimai rabitələrdə müvəffəq ola bilsin və Allahı razı salsın.

- Mömin haqq tərəfdarıdır və onu qoruyar. İnsanların haqqına təcavüz etməz. Əgər haqqun-nasa düçar olubdursa, onu aradan qaldırmağa çalışar.

- Mömin vəzifəsini tanıyandır və məsuliyyətlidir. Boynuna düşən vəzifələri bilir və onları ən yaxşı şəkildə yerinə yetirməyə çalışır.

- Təqva – möminin axirət silahıdır. Mömin təqvasına riayət etməli və onu artırmalıdır.

- Mömin həyatının hər bir sahəsində etidala əməl edər və nə həddi aşar və nə də təfrit edər.

İmamın (ə) sonuncu tövsiyəsi işə götürən hər bir iş sahibinə və ya dövlət işçilərinə aiddir ki, həm iqtisadi, həm siyasi, həm əxlaqi sahələrdə insanları işə götürən zaman onların iş keyfiyyətinə diqqət etsinlər. Çünki ancaq bu zaman həmin işdə müvəffəq ola bilərlər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031