Həzrət Adəm (ə) ərşin sütununda hansı yazını oxuyur?
O zaman ki, Allah Təala Həzrət Adəmi (ə) xəlq edir və mələklərin ona səcdə etməsi ilə ona kəramət bəxş edir, Adəm (ə) düşünür ki, bəlkə o, ən üstün xəlqdir? Bu zaman Allah Adəmə (ə) vəhy edir: “Ey Adəm! Başını qaldır və ərşin sütununa nəzər sal!”.
Həzrət Adəm (ə) başını qaldırır və ərşin sütununa nəzər salır. Görür ki, orada yazılmışdır: “Allahdan başqa ibadət ediləcək bir məbud yoxdur, Həzrət Muhəmməd (s) – Allahın rəsuludur, Həzrət Əli (ə) – Əmirəl-möminindir, onun xanımı Fatimə (s.ə) – aləm qadınlarının sərvəridir, iki övladı Həsən (ə) və Hüseyn (ə) – behişt cavanlarının seyyididir”. Həzrət Adəm (ə) deyir: “Allahım, onlar kimlərdirlər?”. Xitab gəlir: “Onlar sənin nəslindəndirlər. Onlar Mənim ən üstün məxluqlarımdır. Səndən və başqalarından da üstündürlər. Əgər onlar insanların arasında olmasaydı, Mən behişti və cəhənnəmi xəlq etməzdim. Hətta yeri və göyü də xəlq etməzdim. Ona görə ehtiyatlı ol və məbada onlara həsəd gözü ilə baxasan. O zaman səni Öz dərgahımdan çıxardaram”. /Deyerler.org/ Oxşar xəbərlər
|