Ağıllı insanın günahının təsiri daha şiddətli olur
Mьəllif: admin1
Tarix: 3-09-2017, 12:51
Ağıllı insanın günahının təsiri daha şiddətli olur
Ustad Əhməd Abidi deyir: “Günahın dərəcələri vardır. Səğirə və kəbirə günahları vardır. Günah haqqında bəzən deyirik ki, insan günah etmişdir, bəzən də deyirik ki, İblis (lən) günah etmişdir. Hər ikisini zahirdə günah adlandırmaq olar. Ancaq bu günahların yerdən göyə qədər fərqi vardır. Günahın insan dərki ilə əlaqəsi vardır. Belə ki, adi insanın etdiyi günahla bir ruhaninin etdiyi günah arasında da yerlə göy qədər fərq olar.

Eləcə də o kəslər ki, Məşhəddə və Qumda yaşayırlar, onlar Həzrət Məsumənin (s.ə) və İmam Rzanın (ə) adını daşıyan bu məkanlarda yaşadıqları üçün, məsuliyyət daşıyırlar. Həm əməllərinə və həm də rəftarlarına görə.

Çünki elə məkanda yaşayırlar ki, Məsumların (ə) hərəmi oradadır, elmi hövzənin mərkəzi oradadır. Ona görə də yerinə yetirdikləri hər bir əməl din adı ilə tanıdılar.

O qədər insanlar vardır ki, həqiqi Əhli-Beyt (ə) dinini tanımaq üçün Quma və ya Məşhədə gəlirlər və tədqiqatlar aparır, insanların rəftar və əməllərinə diqqət edərlər.

Ona görə də insanın mərifət və dərkinin günahla çox əlaqəsi vardır.

O kəs ki, az günah edər, mərifət və dərkinə təsiri də az olar. Ancaq bu az günah, başqa birisi üçün kəbirə günah hesab olunar. Necə ki, bir mərcəyi-təqlidin yerinə yetirdiyi günah bir tələbənin etdiyi günahla fərqlidir.

Ona görə də deyə bilərik ki, həm günahın mərtəbələri vardır, həm də mərifət və dərkin mərtəbələri vardır”.

Beləliklə, insanın günahının təsir şiddəti, onun dərk səviyyəsi və bilik dərəcəsindən, mərifətindən çox asılıdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930