Dinimiz terrora görə hansı cəzanı müəyyən etmişdir?
Mьəllif: admin1
Tarix: 3-09-2017, 12:53
Dinimiz terrora görə hansı cəzanı müəyyən etmişdir?
Bəzi cahillər İslam dinini kobud və amansız din kimi tanıdırlar. Onların əqidəsinə görə İslam dini terroru qəbul edən və hətta bu iyrənc əmələ təşviq edən bir dindir. Halbuki, dinimiz İslamın lap əvvəllərindən tutmuş indiyə qədər kobudluqla, vəhşiliklə, o cümlədən, günahsız insanların ölümü ilə həmişə müxalif olmuşdur.

Quranda bəzi ayələr vardır ki, insan ölümünə icazə verir və onu caiz hesab edir. Lakin bu ölümlərin səbəbləri vardır və onun terror ilə heç bir əlaqəsi yoxdur.
Quran buyurur: “Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır”. (“Bəqərə” 178).

“Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır”. (“Maidə” 33).

Allah Təalanın bu qanunları cəmiyyətdə sakitlik və əmin-amanlığı təmin etmək üçün təyin edilmişdir. İkinci ayə barəsində nəql edilir ki, bir dəstə yəhudi Həzrət Peyğəmbərin (s) xidmətində İslam dinini qəbul edirlər. Ancaq Mədinənin hava və suyuna uyğunlaşa bilmədiklərinə görə xəstələnirlər.

Həzrət Peyğəmbər (s) də onlara icazə verir ki, Mədinədən xaricdə suyu və havası yaxşı olan yerdə məskun olsunlar. Ancaq onlar məskunlaşandan sonra təşəkkür yerinə müsəlman çobanların əl və ayaqlarını kəsirlər və gözlərini kor edirlər, onları öldürürlər. Peyğəmbər (s) də əmr edir ki, onları tutub qisas alsınlar ki, başqaları üçün ibrət dərsi olsun.

Ona görə də Quran ayələrinə və hədislərə istinad edərək deyə bilərik ki, dinimizin verdiyi hər bir qətl hökmü səbəbsiz deyildir, onu heç bir halda terror adlandırmaq olmaz. Bu qanunlar cəmiyyətdə əmin-amanlığı təmin etmək üçün nazil edilmişdir. Halbuki, terror odur ki, cəmiyyətin siyasi vəziyyətini bir-birini vurmaq üçün həyata keçirilər və nizamsızlığa gətirib çıxardar.

Dinimiz terroru qadağan etmişdir. Ona görə də insanları günahsız yerə öldürənlər üçün şiddətli cəzalalar təyin etmişdir.
Dinimiz sülh və mehribanlıq dinidir, terror dini deyildir.

Dinimizin adından insanları öldürən cinayətkar təkfirçi-terrorçular, ilk növbədə elə məhz müsəlmanları qətlə yetirirlər. Onlar, hegemon qüvvələr tərəfindən hazırlandırılıb, ortalığa atılmışlar ki, müqəddəs dinimizi gözdən salsınlar.

Müsəlmanlar gərək ayıq və zirək olsunlar ki, bu cinayətkarları və onların havadarlarını tanısınlar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930