Söhbət etməyin ədəbi barədə 10 qızıl məsləhət
Mьəllif: admin1
Tarix: 18-05-2024, 14:01
Söhbət etməyin ədəbi barədə 10 qızıl məsləhət
Ustad Əhməd Abidi söhbət etməyin ədəb qaydaları ilə bağlı bəzi tövsiyələr vermişdir. O cümlədən: “Nə edək ki, həm yaxşı danışa bilək, həm də yaxşı qulaq asa bilək? Həm başqalarına ehtiram qoyaq və həm də bizə hörmət edilsin?

1) Birincisi, gərək qarşı tərəfin sözünü kəsməyək və imkan verək ki, sözünü sona çatdırsın.

2) İkincisi, başqalarının bizə aid olmayan söhbətlərinə qarışmayaq və dəxalət etməyək.

3) Üçüncüsü, bizdən bir şey soruşmayınca, ona cavab verməyək.

Əllamə Təbatəbai rövzə üçün Ayətullah Mərəşinin və ya Ayətullah Gülpayiqaninin evinə gedərdi, kamil sükut edərdi və bir şey deməzdi. Çünki özünü məsul hesab etməzdi.

O zamana qədər ki, sizə sual verməyiblər, siz məsul deyilsiniz.

Əlbəttə, onların cavabı kamil olmazsa, siz onu kamil edə bilərsiniz.

Ancaq elə cavab verməlisiniz ki, başqaları təhqir olunmasın.

4) Dördüncüsü, əgər başqaları elə söhbət edirsə ki, biz eşitməyək, ona qulaq asmaq bəyənilməzdir. Quran və hədislərimiz də açıq şəkildə deyir ki, sizə aid olmayan mövzulara qulaq asmağa çalışmayın.

5) Beşincisi, səs tonuna diqqət edin. Çalışın ki, səs tonunuz nə yüksək olsun, nə də alçaq.

6) Hər bir məclisdə o məclisə uyğun söhbət etməyə çalışın.

7) Danışan zaman əlinizi, qaşlarınızı oynatmayın.

8) Məhəbbət və ehtiramla söhbət edin.

9) Heç kəsi yamsılamayın və onun hərəkətlərini təkrar etməyin. Çünki, bunlar qeybətdir və haramdır.

10) Sözə başlayan zaman gözəl kəlmələrlə başlayın ki, qulaq asanların diqqətini cəlb etsin”.

Bu qızıl tövsiyələrə diqqət edək və əməl etməyə çalışaq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930