HANSI GÜN BAYRAMDIR? – İMAM ƏLİNİN (Ə) KƏLAMINDA
Mьəllif: admin1
Tarix: 10-09-2017, 21:18
HANSI GÜN BAYRAMDIR? – İMAM ƏLİNİN (Ə) KƏLAMINDA
İmam Əli (ə) buyurmuşdur:

كُلُّ يَوْمٍ لايُعْصَى اللَّهُ فيهِ فَهُوَ عيدٌ؛

“Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram (şadlıq və şənlik) günüdür.”[1]

Qeyd etməliyik ki, bayram iki növdür: “təşrii” bayram və “təkvini” bayram.

Allah tərəfindən bayram təyin olunan günlər “təşrii” bayram adlanır və sözsüz ki, bu günlər uğur və qələbəliklə yanaşıdır; bəzən “Fitir” bayramı kimi nəfsi istəklərə qələbə çalınan gün (insan mübarək Ramazan ayında öz nəfsi istəklərinə qələbə çalır), bəzən “Qurban” bayramı kimi həcc əməllərini yerinə yetirməkdə müvəffəqiyyət qazanılan gün, bəzən də “Qədir-Xum” bayramı kimi məsum bir imamın – Əmirəlmöminin Əlinin (ə) müsəlmanlara imam və rəhbər təyin edildiyi gün.

“Təkvini” bayramlar isə, həqiqətdə, təbiət aləminə qayıdışdır və təbiətlə əlaqəli olan “Novruz” bayramı bu qəbildəndir.

Verilən hədisdə imam Əli (ə) insanın öz nəfsi istəklərinə qələbə çalmasına müvəffəq olduğu, şeytandan uzaqlaşdığı, özünün böyük düşmənini düşmən bildiyi, bir sözlə, Allaha itaətsizlik etmədiyi günü “bayram” adlandırır.

الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ بِوِلاَيَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْأَئِمَّةِ عَلَيْهِمُ السَّلاَمُ

“Həmd olsun o Allaha ki, bizi Əmirəlmöminin Əli (ə) və imamların vilayətinə sarılanlardan qərar vermişdir!”

Rza Şükürlü (Maide.az)

[1] “Nəhcül-bəlağə”, qısa kəlamlar 428.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930