İmam Əlinin (ə) 4 cür infaqı
Mьəllif: admin1
Tarix: 24-06-2022, 10:28
İmam Əlinin (ə) 4 cür infaqı
Qurani-Kərim buyurur: “Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 274).

Bu ayə İmam Əli (ə) ilə bağlı nazil olan ayələrdəndir. Həzrətin (ə) hər gün dörd dirhəm pulu olardə və onun bir dirhəmini gündüz, bir dirhəmini axşam, bir dirhəmini aşkar və bir dirhəmini də gizli halda infaq edirdi.

Bu mübarək ayədən belə nəticələr çıxartmaq olar:

1. İnfaq və səxavət ruhiyyəsinə malik olmaq - çox mühümdür.

2. Allahın bu əmələ görə əcrinin miqdarını təyin etməməsi, bu mükafatın genişliyindən xəbər verir.

3. İlahi vədələr insanı yaxşı əməllərə tərəf təşviq edər.

4. Əmin-amanlıq və hüzur hissi – infaqın bərəkətlərindəndir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930