Hər kimdə bu üç şey olarsa, imanın dadını bilər
Mьəllif: admin1
Tarix: 28-06-2022, 23:59
Hər kimdə bu üç şey olarsa, imanın dadını bilər
Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, hər kimdə bu üç şey olmazsa imanının dadını hiss etməz: Allah Təalanın haram buyurduğu şeylərdən onu saxlayan pəhriz, cahilin cəhlini geri qaytaran mülayimlik, xəlq ilə mehriban olmağa səbəb olan gözəl xasiyyət”.

Həzrət (s) buyurur ki, hər kimdə bu üç şey olmazsa, imanın dadını hiss etməz. Yəni, bu üç sifət olmazsa, yəqini qüvvətlənməz və imanı zəif olar. Əgər fasiq insan olarsa, insanlara qəzəblənərsə və hər istədiyini edərsə - bu insan imanın dadını hiss edə bilməz.

Allah Təala Öz səma Kitabında həqiqi imana malik olanları mədh edərək, buyurmuşdur: “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər.

(Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar.

Bu (iman, məhəbbət və şücaət), Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Maidə” 54).

Lakin o kəs ki, həm mömin və həm də kafir ilə eyni cür rəftar edər – onun da imanı kamil olmaz. Çünki əmr-be-məruf və nəhy-əz-munkəri unutmuş olar.

Süfyan Suri buyurur: “Əgər bir alimi görsən ki, həm yaxşı və həm də pis qonşuları onu sevirlər, bil ki, o, ikiüzlüdür. Yəni, əgər haqqı deyən olsaydı, pislər onu sevməzdilər”.

Ona görə də həqiqi mömin gərək Peyğəmbərin (s) tövsiyə etdiyi bu üç sifətə diqqət etsin və eyni zamanda mömin ilə kafir arasındakı rəftarına da fərq qoya bilsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930