Qəlbin təharəti ilə tövbənin fərqi nədədir?
Məsumlar (ə) nəfsi tərbiyə etmək üçün qəlb təharətini tövsiyə edirlər. Təharətlə tövbənin fərqi odur ki, tövbə zamanı insan həm zahirini və həm də batinini günahdan təmizləyər. Qəlb təharətində isə insan özünü nəinki günahdan, həm də qubar və qəsavətdən də təmiz edər.
Bəs hansı əməlləri yerinə yetirək ki, qəlbimiz təharətli olsun? 1. Sədəqə vermək. Sədəqə zahirdə bir yoxsulun iqtisadi çətinliyini aradan aparan kimi görünsə də, ancaq ən böyük təsiri – qəlbin təharətinə səbəb olmasındadır. Necə ki, Quran buyurur: “(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır”. (“Tövbə” 103). 2. Məsciddə namaz qılmaq. Allah Təala Peyğəmbərinə (s) əmr edir ki, Quba məscidində namaz qılsın. Çünki orada elə insanlar namaz qılırlar ki, ruhları təharətlidir. “... Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir”. (“Tövbə” 108). 3. Göz yaşı. Günahlara görə göz yaşı tökmək – qəlbin qubar və pasını aradan aparar və qəlbin nuraniliyini artırar. İmam Əli (ə) buyurur: “İlahi qorxudan göz yaşı tökmək – qəlbə aydınlıq verər və günaha batmağın qarşısını alar”. 4. Qəlbi pak saxlamaq. Qəlbi pak saxlamağın ən yaxşı yolu – onu naməhrəmlərin daxil olmasından saxlamaqdır. İmam Sadiq (ə) buyurur: “Qəlb – Allahın hərəmidir. Çalışın Ondan qeyrisinə ora yol verməyin”. /Deyerler.org/ Oxşar xəbərlər
|