Qəlblər dəmir kimi paslana bilir. Bəs nə ilə cilalamaq olar?
Bəzi hədislərə nəzər salanda görmək olur ki, insan ruhu dəmir ilə müqayisə edilir. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Bu qəblər dəmir kimi, suya dəyəndə paslanar”.
Soruşurlar ki, bəs qəlbi necə cila etmək olar? Buyurur: “Ölümü çoxlu yada salmaq və Quran tilavəti ilə”. Başqa yerdə oxuyuruq: “Bu qəlblər mis kimi qarala bilir. Onları istiğfar edərək cila edin”. O zaman ki, dəmir hava oksigenininin təsirinə məruz qalar, oksidləşməyə başlayar. Sonra da paslanar. Ona görə də deyə bilərik ki, pas – dəmirin bəlasıdır. Əgər paslanması davam edərsə, lazımsız torpaq parçasına çevrilər. Əgər bu dəmiri əvvəldən cila etsək və pasını aparsaq, o zaman bu bəladan amanda qalar. Ona görə də onu salamat saxlamaq zəhmət istəyir. Davamlı olaraq onu cilalayıb pasdan təmizləmək lazımdır. Əgər bu işi təxirə salsaq, bu zaman dəmirdən dəmirlik qalmaz. İnsan ruhu da nəfsani istəklər və şeytani vəsvəsələrə məruz qalar. Ən kiçik günah belə, qəlbə öz təsirini qoyar. Bu günah hər nə qədər çox olarsa, ruhu daha çox zədələyər. İş o yerə gəlib çatar ki, insan qəlbi qaralar və onu zülmətdən xilas etmək mümkünsüz olar. Əgər qəlb vaxtında Quran tilavəti, istiğfar, ölümü yada salmaqla cila olunarsa, təmizlənərsə, o zaman öz nurunu itirməz, geri qaytarar. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan günah edər, qəlbində qara ləkə yaranar. Əgər tövbə edərsə, məhv olar. Əks halda hər bir günahla qara ləkə daha çox olar. O yerə qədər ki, bütün qəlbə qalib gələr və ondan sonra heç bir zaman xilas olmaz”. /Deyerler.org/ Oxşar xəbərlər
|