Bəndəlik - İnsan üçün ən üstün məqam
Mьəllif: admin1
Tarix: 18-09-2017, 21:44
Bəndəlik - İnsan üçün ən üstün məqam
Bəndəlik insanın yetişə biləcəyi ən üstün məqamdır. Bəzən bəndəlik məxluq mənasında da başa düşülür. Allahın bəndəsi deyiləndə Onun məxluqu anlamında işlədilir. Amma həqiqətdə bəndəçilik qulluq etmək deməkdir. İnsanın rəbbinə qulluğu. Yəni Onun əmr və iradəsi, təqdiri qarşısında razılıq göstərmək, Onun buyruqları qarşısında itaətkar olmaq mənasında. Bəzən elə bir hal, vəziyyət olur ki, insandan heç bir əməl tələb olunmur, sadəcə qəlbindən razılıq keçirib şükür etməsi ilə bəndəçilik zirvəsini fəth etmiş olur.

İmam Rza (ə) insanı bəndəlik zirvəsinə ucaldan sifətləri öz qısa kəlamında belə bəyan edir:

الَّذینَ اِذا اَحْسَنُوا اسْتَبْشَرُوا، وَ اِذا اَساؤُوا اسْتَغْفَرُوا، وَ اِذا اُعْطُوا شَکَرُوا، وَ اِذَا ابْتَلَوْا صَبَرُوا، وَ اِذا غَضِبُوا عَفَوا.

O zaman ki, yaxşı iş görərlər sevinərlər (ürəyləri açılar), səhv iş gördükdə peşman olub tövbə diləyərlər, bir şey verildikdə şükranlığ bildirərlər, sıxıntıya düşdükdə səbirli olarlar, qəzəbləndikləri zaman əfv etməyi bacararlar.

Hədisə diqqət etdikdə İmam (ə) bir neçə hala işarə edir ki, bunlar hamısı insanın daxili aləmi ilə bağlıdır:

1-Bu mətləbdə İmam (ə) yaxşılığa deyil yaxşılığdan sonrakı qəlbani hala,
2-Bu mətləbdə insanın rəbbinə üz tutub, qəlbin peşmançılıq halətini iqrar etməsinə,
3-Əlinə yetişən nemət müqabilində qəlbin şükranlığ halına yetişməsinə,
4-Çətinliklər və ya xəstəliklər müqabilində qəlbin hüzur tapıb rahat olmasına və səbr etməsinə,
5-Və nəhayət qəzəb, şəhvət, əsəbi halında özünü ağlın və qəlbin aram halından çıxmamasına nəzarət etməyi bacarmaq hallarına işarə edir.

Hədisə əsasən həqiqi bəndəlik təkcə əməllə deyil, əməl ilə qəlbani halın bəhrəsi olan niyyətin vəhdətindədir. Çünki əməllər zahirdə bənzərdir. Əsr surəsi də bunu təsdiq edərək bu cür bəyan edir.

And olsun axşam çağına
İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir.
Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!

Y.Nuriyev
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930