Evinizdə Qaf surəsini oxumağı tərk etməyin
Qurani kərim elim və hikmət dolu bir ilahi kitabdır. Quran hikmətlə bərabər həmçinin xeyir və bərəkətlədə dolu bir ilahı nemətdir. Quran oxuyan insan bu kitabdan elim, hikmət, ruhi qida almaqla yanaşı xeyir-bərəkət və müsbət enerji əldə edir.
Hədisdə buyurulur ki, Quran oxunan ev ən xeyirli evdir. Quran surələrinin hər birinin özünə məxsus aura və faydası vardır. Qaf surəsi də bu surələrdəndir ki, insanın dünya həyatının və məişətinin yaxşılaşmasına vəsilə olur. Allah Rəsulu (s) buyurub: Qaf surəsini oxuyan ölümün çətinliklərini və acılarını hiss eləməz. Əli (ə) buyurub: Hər kim namazlarında Qaf surəsin oxusa Allah Təala onun həmin gününün çörəyini artırar, qiyamətdə əməl dəftərini sağ əlinə verər və hesabını asan edər. Yaxud digər bir hədisdə nəql olunub: Qaf surəsini oxuyan ev sahibi dövlətli, izzətli, kəramətli və xoşbəxt olar, zillət ondan uzaq olar(Quranla şəfa kitabı-102). Qaf surəsini oxumağın bir çox müsbət təsirləri də vardır ki, hədis və rəvayətlərə əsaslanaraq təqdim edirik: 1-Epilepsiya (beyin pozğunluğu) xəstəliyini müalicə edir. 2-Süd verən qadının südünü artırır. 3-Ruzini artırır. 4-Qorxu və iztirabı aradan aparır. Quran Allah Kəlməsidir. Allah kəliməsi bütün dərdlərə dəvadır. Y.Nuriyev Oxşar xəbərlər
|