İmam Hüseynin (ə) Kərbəlada etdiyi son nifrin
Mьəllif: admin1
Tarix: 9-08-2022, 10:07
İmam Hüseynin (ə) Kərbəlada etdiyi son nifrin
O zaman ki, Malik ibni Nəsri Kəndi İmam Hüseynin (ə) mübarək başını qılıncla yarır, İmam bir parça istəyir ki, başını onunla bağlasın.

Bu zaman Şimr (lən) və başqaları öz yerlərinə qayıdırlar. İmam (ə) yenidən döyüş meydanına qayıdır və onlar da geri qayıdırlar. İmamı (ə) mühasirəyə alırlar.

İmam Həsən Müctəbanın (ə) oğlu Abdullah hələ həddi-büluğ çağına çatmamışdı. O zaman ki, düşmənin əmisinə hücum etdiyini görür, özünü xeymədən bayıra atır. Əmisinə tərəf qaçır və onun yanında dayanır.

Zeynəb (s.ə) onu geri qaytarmağa çalışır, İmam (ə) buyurur: “Bacı, onu saxla”.

Ancaq Abdullah fəryad çəkir: “Allaha and olsun ki, əmimdən ayırlmayacağam”.

Bu zaman Əbcər ibni Kəəb qılıncını İmama (ə) tərəf aparır. Abdullah fəryad çəkir: “Ey, napak qadının oğlu! Vay olsun sənə! Əmimi öldürmək istəyirsən!”.
Əcbər qılıncını vuran zaman, Abdullah qolunu qabağa verir.

Qılınc mübarək qolunu dərisi ilə bir yerdə qoparır. Abdullah qışqırır: “Ey ana!”.

İmam Hüseyn (ə) onu bağrına basır və buyurur: “Ey qardaşım oğlu! Sənə çatana səbir et. Çünki Allah səni saleh atalarına qovuşduracaqdır”.

İmam (ə) əllərini göyə qaldırır və buyurur: “Pərvərdigara! Yağışın damcılarını onlardan əsirgə və torpağının bərəkətini onlardan saxla.

Pərvərdigara! Əgər (ölənə) qədər onlara möhlət versən və bəhrələndirsən, onların arasına təfriqə sal və hər birini ayrı yollara sal.

Rəhbərlərini heç bir zaman onlardan razı etmə. Çünki onlar bizi dəvət ediblər ki, yardım etsinlər. Bizə qarşı düşmənçilik etdilər və bizi öldürdülər”.

Bu zaman düşmən oxları yağış kimi yağmağa başladı və İmamın (ə) qucağındakı uşağı şəhid etdi…



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930