Həzrəti Abbas amannaməni belə rədd etdi
Ummul-Bəni Həzrəti Əlinin (ə) Xanım Zəhradan sonra evləndiyi möhtərəm xanım idi. Onun Abbas, Abdullah, Cəfər və Osman adında 4 övladı Kərbəlada İmam Hüseynin (ə) qarşısında şəhid olmuşdu.
Ummul-Bəninin adı Fatimə binti Hizamdır. O Bəni-Kilab qəbiləsindəndir. Ummul-Bəninin qardaşı Abdullah ibn Hizam İbn Ziyaddan bacısı balaları üçün aman istəyir. Hiyləgər İbn Ziyad bu təklifi qəbul edir və öz katibinə amannamə yazmağı əmr edir. Sonra məktubu Şimrə verir və Abdullahı da ona qoşub Kərbəlaya göndərir. Məktub əlində olan Şimr irəli çıxıb qışqırır: Mənim bacım balaları hardadır? O bir neçə dəfə səslənir. Lakin Əbəlfəz ağa cavab vermir. Bunu müşahidə edən İmam (ə) Həzrəti Abbasdan cavab verməyi və onun yanına getməyi istəyir. Həzrəti Abbas və digər üç qardaşı önə çıxıb Şimrin qarşısına getdilər və o Həzrət buyurdu: Nə lazımdır? Şimr: Siz mənim bacım balaları sayılırsınız. Bir azdan savaş başlayacaq. Hüseynin (ə) heç bir əsgəri sağ qalmayacaq. Sizin üçün amannamə gətirmişəm. Bu şərtlə ki, Hüseyndən (ə) əl çəkib, dəstəsindən ayrılasız. Həzrəti Abbas buyurdu: Ələriniz kəsilsin. Allahın lənəti sənə və amannamənə olsun. Ey Allah düşməni sən deyirsən biz Hüseyndən ayrılıb məlun və əsli bilinməyənlərə boyun əyək? Sən bizə amannamə gətirmisən amma Allah Rəsulunun (s) övladına yox? Vəziyyəti belə görən Şimr geri dönür. Rəvayətdə deyilir ki, bundan sonra Şimrlə birgə gələn Abdullah ibn Hizam bir nökəri Əbəlfəz ağanın yanına göndərir. Nökər gəlib Ummul-Bəni övladlarına dayılarının salamını və amannaməni çatdırır. Cavabında Həzrəti Abbas buyurur: Allahın bizə verdiyi aman sizin bizə verdiyiniz amandan daha üstündür. Belcə Əbəlfəz ağa və digər Ummul-Bəni övladları İmam Hüseyn (ə) digər Kərbəl şəhidləri ilə uca şəhadət məqamını fəth etdilər. Oxşar xəbərlər
|