Allah üçün görülə bilən sadə iş
Bir həkim ümumi telefondan istifadə etmək üçün xırda pul axtarırdı.
Bir satıcı ki, qarşısında xırda pullar qoyaraq malını satırdı, ona lazım olan pulu verir. Həkim onun yerinə pul vermək istəyəndə, satıcı imtina edir və götürmür. Həkim soruşur: “Bu işi niyə görürsən, məqsədin nədir?”. Satıcı deyir: “Mənim Allahla aramda bir əhdim vardır ki, hər gün səhər müəyyən bir pulu ehtiyacı olanlara verəm və axirətim üçün ehtiyat toplayam”. Həkimin bu sözlərdən xoşu gəldi və onu həvəsləndirmək üçün pul vermək istədi. Lakin satıcı qəbul etmədi. Satıcı ondan soruşdu: “Sənin peşən nədir?”. Dedi: “Həkiməm”. Satıcı dedi: “Əgər sən də belə bir iş görmək istəyirsənsə, həftənin bir gününü xəstələri pulsuz müalicə et”. O gündən sonra həkim bir tablo asır və üzərində yazır ki, cümə günləri axşam çağı xəstələri pulsuz müalicə edəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|