Kərbəla şəhidləri nə zaman və kimlər tərəfindən dəfn olundu?
Bu gün məhərrəm ayının 12-si Kərbəla şəhidlərinin dəfn olunan günüdür. Aşura günü şəhid olanların sayı barədə müxtəlif fikirlər var. Bəzi mənbələrdə 100, 139 və ya 72 nəfər qeyd olunur.
Aşura günü bütün döyüşçülərini itirən İmam Hüseyn (ə) sonda zöhr əzanına yaxın özü də şəhid olur. Sonra xeymələrə hücum edilib Peyğəmbər (ə) Əhli Beytinə qarşı vəhşilik edilir. Şam quşunu xeymələri yağmalayır, hər şeyi qənimət adı ilə talayırdılar. İmamın (ə) şəhadəti ilə döyüş bitdi. Ömər Səd məlun öz əsgərlərinin dəfninə göstəriş verdi. Onlar dəf olunduqdan və əsirlər tam ələ keçirildikdən sonra məhərrəmin 11-i axşam əsirlər karvanı Kufəyə yola salındı. Bu müddət ərzində şəhidlər dəfn olunmamışdı. Heç bir tayfa yaxına gələ bilmirdi. Şam qoşunu yola düşdükdən sonra yaxında olan Bəni Əsəd qəbiləsinin qadınları kişilərini məcbur edib döyüş yerinə göndərdi. Tarixçilər Kərbəla şəhidlərini Bəni Əsədin dəfn etdiyini söyləyirlər. Hətta bəzi mənbələrdə İmam Zeynul Abidinin də (ə) orda olduğunu, cəsədləri seçib, tanımağda yardım etdiyi də deyilir (ola bilsin o Həzrətə bu iş üçün müəyyən vaxtda icazə verilib). Bəzi hədislərə görə İmam Hüseyn burada bir sıra məkanları Aşurada şəhid olacaq şəxslərin dəfni üçün əvvəldən almışdı. Bəni-Əsəd qəbiləsinin üzvləri cənazələri bir-bir dəfn etdilər. Onlar İmamı həmin atdan düşdüyü və şəhid edildiyi yerdə də dəfn etdilər. İmamın ayağının aşağı tərəfində isə digər şəhidlər üçün məzar qazdılar. Şəhidlərin başları kəsilmiş, bədənləri atların ayaqları altında parçalanmışdı. Təkcə Hürr İbn Riyahi və balaca Əli Əsğərdən (ə) başqa hamının başı kəsilmişdi. Çünki bunları İmam (ə) dəfn etmişdi. Məlumdur ki, şəhiddlərin başları Şama Yezid məlunun sarayına aparıldı. Başların dəfn olunması barəsində isə ixtilaf vardır: 1-Bəziləri şəhidlərin başlarının Şamda dəfn olunduğunu qetd edirlər. Hətta Şam yaxınlığında “Kərbla şəhidlərinin başlarının məqamı” adlı yer də var. 2-Alimlər arasında məşhur nəzər də vardır ki. İmam Səccad (ə) v Xanım Zeynəb (s.ə) Şamdan ger dönəndə şəhidlərin mübarək başlarını da gətirdiblər. Həmçinin Əllamə Məclisi bu fikiri təsdiq edir və başların ərbəində gətirildiyini qeyd edir( Şəhid Qazi Təbətəbai). Seyyid ibn Tavus da bu fikiri təsdiqləyir. Həmçinin Seyyid Tənkəbani Məsaibul-huda kitabında deyir: Əqlə və nəqlə əsasən İmam Səccad (ə) İmamın (ə) mübarək başını Kərbəlaya gətirib və pak və mübarək bədəninin yanında dəfn edib. Y.Nuriyev Oxşar xəbərlər
|