Hürr ibn Yəzid Riyahi və onun şəhadəti
Hürr ibn Yəzid Təmim qəbiləsindən olan məşhur bir sərkərdə, həm cahiliyyət, həm də İslam zamanında sayılıb seçilən şəxslərdən idi.
O yüksək döyüş bacarığı olmaqla yanaşı həm də böyük bir qoşuna rəhbərlik edirdi. Sonuncu dəfə İbn Ziyad tərəfindən Kərbəlaya İmam Hüseynin (ə) Kufəyə gəlməyinə mane olmaq üçün göndərilmişdi. İbn Ziyad İmamın (ə) Kufəyə doğru gəlişi xəbərini alanda Hürrü 1000 nəfərə yaxın süvari ilə İmamın (ə) qarşısını almağa göndərdi. Rəvayətdə deyilir ki, İmamın (ə) karvanı Zu-Husəm adlı məntəqəyə çatır və orada dincəlmək üçün məskən salırlar. Hürün də qoşunu həmən məntəqəyə yetişir İmam (ə) onlara və atlarına su verilməsi göstərişini verir. Sonra bütün qoşun İmamın (ə) arxasında namaz qılırlar. Hürr İmamı (ə) Küfədə olanlardan, küfəlilərin əhdlərindən peşman olduğundan xəbərdar edir və İmamdan geri qayıtmağı istəyir və deyir: Mən sizinlə döyüşmək üçün məmur olmamışam. Mən sizdən ayrılmamağa məmuram. Lakin İmam onu eşitməyib Qasidiyyəyə tərəf hərəkət edir. Hürr də İmamla (ə) bərabər hərəkət edir. Onlar gəlib indiki yerə yetişəndə İmam (ə) bu yerin adını soruşur. Hürr Kərbəla deyə cavab verir. İmam (ə) atdan enir və karvanında burda endirilməsi göstərişini verir. Nürr bu xəbəri dərhal İbn Ziyada çatdırır. Beləcə Aşuraya qədər İmamın (ə) karvanı burada qalır və Hürr də İbn Ziyadın göndərdiyi əlavə ordu ilə İmamın (ə) qarşısında yer alır. O Aşuraya qədər döyüşün olacağına inanmırdı. Mühacir ibn Ousun yazdığına görə Hürr döyüşün olacağını biləndə əsməyə başladı. Ous deyir əgər məndən soruşsalar ki, Kufənin ən şücaətli kişisi kimdir Hürr deyərdim. Amma o bu gün titrəyirdi. Beləcə Hürr atına minib İmamın (ə) xəyməsinə tərəf getdi və İmamın (ə) qarşısına gəlib dedi: Ey Allah Rəsulunun (s) övladı mən o kəsəm ki, sizi bura gətirdim və sizi burada naçar buraxdım. İşin burada gələcəyini bilsəydim, Allaha and olsun ki, heç vaxt bunu etməzdim. Mən tövbə edirəm. Allah məni bağışlayarmı? İmam (ə): Bəli Allah səni bağışlayar. Beləcə Hürr icazə alıb birinci şəhid olmaq şərəfinə nail olur. Hətta bəzi mənbələrdə onun oğlanlarının, qardaşlarının və nökərinin də Kərbəlada şəhid olduğu deyilir. Hürr ibn Riyahinin məzarı hazırda İmamın (ə) müqəddəs hərəmindən 10 km aralıdadır. Mənbələrdə deyilir ki, Aşuradan sonra Bəni Əsəd qəbiləsi (Riyahin tayfası bu qəbilənin bir qoludur) Kərbəla şəhidlərini dəfn etdikdən sonra Hürrün cəsədini indiki əraziyə gətirib və orada dəfn ediblər. Hazırda onun məzarı İmam Hüseyn (ə) zəvvarları tərəfindən ziyarət olunur. Y.Nuriyev Oxşar xəbərlər
|