"İmam Hüseyni (ə) şiələr öldürüb" - cəfəng iddiası ilə bağlı tutarlı cavab
Mьəllif: admin1
Tarix: 5-08-2022, 10:30
"İmam Hüseyni (ə) şiələr öldürüb" - cəfəng iddiası ilə bağlı tutarlı cavab
Zaman-zaman islam düşmənləri müqəddəs Aşura və Kərbəla dəyərlərinə kölgə salmaq və onları aradan aparmaq üçün müxtəlif hiylələr işlətmiş və saxta informasiyalar yaymağa çalışmışlar. Lakin bütün bu qədər düşmənçiliklərə baxmayaraq il-ildən İmam Hüseyn(ə) sevərlərin, Aşuranı böyük sevgi və coşqu ilə qeyd edənlərin sayı daha da artır
Həmin iftiralardan və saxta məlumatlardan biri də guya ki, Aşura günü İmam Hüseyn(ə)-ın şiələr tərəfindən qətlə yetirilməsi ilə bağlıdır.

İddia edilir ki, guya şiələr əvvəlcə Hüseyni (ə) Kufəyə dəvət etdilər. Daha sonra yolda qarşısını kəsib onu (ə) qətlə yetirdilər”.

Təəssüf ki, bəzi qərəzli şəxslər tərəfindən bu iddia irəli sürülməkdədir.

Əvvəla, bunu bilmək lazımdır ki, Yezidin xəlifə olmasındansa Hüseynin (ə) xəlifə olmasını istəmək və bu məqsədlə onu (ə) Kufəyə dəvət etmək hələ İmam Hüseynin (ə) şiəsi olmaq anlamına gəlmir. İmam Hüseyni (ə) əvvəlcə dəvət edib sonra ona qarşı savaşanların şiə olduqları barədə heç bir tutarlı dəlil yoxdur.

İkincisi, fərz edək ki, belədir. Fərz edək ki, İmam Hüseyni (ə) dəvət edənlər onun şiələri idilər. “Şiə” sözü məlum olduğu kimi “tərəfdar” deməkdir.


İmam Hüseynin (ə) tərəfdarı necə İmam Hüseyni (ə) şəhid edə bilər? Əlbəttə, tərəfdardan əleyhdara çevrilmədən bunu etmək mümkün deyil.

Deməli, tərəfdar çevrilib olur əleyhdar, yəni, şiə çevrilir olur qeyri-şiə, qeyri-şiəyə çevrildikdən sonra İmam Hüseyni (ə) şəhid edir.

Təsəvvür edin ki, müsəlmanları qətlə yetirməkdən, vəhşilik etməkdən sanki həzz alan, bir zamanlar “şiə” olmuş, daha sonra etiqadını dəyişmiş, İŞİD və digər terrorist qruplaşmalara qoşulmuş canilər barədə kimsə belə bir iddia irəli sürür: “Bunlar şiə etiqadındadırlar”.

Bu iddia nə qədər absurd iddiadırsa, əvvəl “şiə” olmuş, daha sonra şiəlikdən çıxıb əleyhdara çevrilmiş və İmam Hüseynə (ə) qarşı savaşmış, Kərbəla faciəsini törətmiş canilərin şiə olduqlarını iddia etmək ən az o qədər absurd iddiadır.

Nicat Səfərov
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031