Tənbəl adam sübh namazını qılır, işi olsa da yenidən yatır!!
Ayətullah Xamenei hövsələsizlik və tənbəllik haqqında
Hövsələsiz adam işə həvəslə başlayır, onu başa çatdıra bilmir... Hövsələ, dözüm doğru mövqedə olan insan üçün zəruri xüsusiyyətdir. İnsan hövsələsiz olduqda doğru mövqe üzərində möhkəm dayana bilmir. Hövzələsizlik insanın öz sözü üzərində möhkəm dayanmasına mane olur. İmam Sadiq (ə) tənbəllik və hösələsizliyin insanın doğru mövqeyinə mənfi təsiri haqqında buyurur: İki xasiyyətdən uzaq ol: Zəcr və kəsəl! (عَن عَبدِاللهِ بنِ سِنان فی حدیثٍ قالْ قالَ أبوعبدالله علیهالسلام: وَ إیّاکَ وَ خَصلَتَین الضَّجرَ وَ الکَسَل) Zəcr qəmlənmək, bədbinləşmək, hövsələsiz olmaqdır. Bəzən insan yaranmış vəziyyətə dözə bilmir, qəmlənir, işi yarımçıq saxlayır. Kəsəl isə tənbəllikdir. Tənbəl insan daim işi təxirə salır, sabaha saxlayır. Allah-Taalanın gənc insana ən böyük nemətlərindən biri hövsələdir. Gənclikdə bunu anlamaq çətin olur. İnsan əzmkar olsa kiçik çətinlik onu həvəsdən salmaz, əlini işdən soyutmaz. İşi başa çatdırmaq üçün hövsələ mühüm şərtdir. Hövsəliz adam işə həvəslə başlasa da onu başa çatdıra bilmir. Tənbəl adam sübh namazını qılır, işi olsa da yenidən yatır. İman saleh əməllə sübuta yetir. Tənbəl adam hara, saleh əməl hara! Oxşar xəbərlər
|