İmam Hüseynin (ə) qatili Şimrdir (lən), yoxsa Sənan ibni Ənəs (lən)?
Bu mövzu haqqında da tarixdə başqa mövzular kimi nəzər ayrılıqları mövcuddur.
Şeyx Səduq bu haqda yazır: “İmam Hüseyn (ə) Kərbəlada Sənan ibni Ənəsin əli ilə şəhid olur”. Şeyx Mufid buyurur: “Bundan sonra Xuli Əsbəhi qabağa gəldi ki, İmamın (ə) mübarək başını bədənindən ayırsın, ancaq bədəni titrəməyə başladı və bacarmadı. Şimr onu bu cür çarəsiz görüb dedi: “Allah sənin biləyini işdən salsın. Niyə bu qədər titrəyirsən?”. Bu zaman özü qabağa gəldi və İmamın (ə) mübarək başını bədənindən ayırdı. İmam Hüseynin (ə) kəsilmiş başını Xuliyə verdi və dedi: “Onu Ömər ibni Sədə təslim et!”. Əlbəttə, bu cür zamanlarda demək olar ki, ürfdə də İmam Hüseynin (ə) qatili kimi həm Şimri (lən) tanıyırlar, həm Ömər ibni Sədi (lən), həm İbni Ziyadı (lən) və həm də Yezidi (lən). Aşura günü belə deyilir ki, İmam Hüseynin (ə) qatili Sənan ibni Ənəs (lən) olmuşdur və o, İmama (ə) son zərbəni vuran cani idi. Ancaq Şimr (lən) də qatildir, çünki İmamın (ə) mübarək başını bədənindən o məlun ayırmışdı. /Deyerler.org/ Oxşar xəbərlər
|