Allahın rizasını İmam Hüseyn (ə) əməldə necə təfsir etdi?
Mьəllif: admin1
Tarix: 5-11-2019, 11:04
Allahın rizasını İmam Hüseyn (ə) əməldə necə təfsir etdi?
Qurani-Kərim riza barəsində çox söz açmışdır. Onu tanımaq biz müsəlmanlar üçün çox mühümdür.

“Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar.

Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün onlar Allah Rəsulunu və sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək və Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlara dostluq göstərirsiniz.

Halbuki, Mən sizin gizlətdiyinizi və aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. Və sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır”.
(“Mumtəhənə” 1).

Allahın rizası deyildikdə, onun təqdirinə və göndərdiyi bəlalara, müsibətlərə razı olmaq və boyun əymək, dostlarını dost, düşmənlərini düşmən bilmək nəzərdə tutulur.

Lakin Allah bəndədən o zaman razı olur ki, öz istəklərini də görməməzliyə vurmasın. Kor-koranə və ləzzəti dərk etmədən Allahın razılığı ardınca olmasın. Yəni, həm Allah onlardan razı olmalıdır, həm də onlar Allahdan.

O kəs ki, gecə və gündüzünün Allah rizası ilə keçdiyini hiss edər, ancaq özü qəlbən rizaya çatmaz, gərək dindarlığına bir daha nəzər salsın.

Qurani-Kərim buyurur: “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol!”. (“Fəcr” 27-28).

Bu ayələr İmam Hüseynin (ə) əməli cihadına işarə edir və riza kəlməsinin həqiqi mənasını açıqlayır. Yəni, həm Allah İmamdan (ə) razı idi və həm də İmam (ə) Allahdan razı idi.

Həzrətin (ə) hər bir əməlində Allah rizasını istəməsi, qürb məqamı üçün çoxlu dualar etmək və İlahi riza yolunda qalmaq üçün səylər göstərmək – İmam Hüseynin (ə) riza yolundakı əməli cihadları idi.

Əgər biz də riza kəlməsini düzgün dərk etmək istəyiriksə, gərək İmam Hüseynin (ə) əməli cihadlarından ibrətlər götürək.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930