İmanın “başı” hesab olunan xislət
Mьəllif: admin1
Tarix: 9-10-2021, 22:32
İmanın “başı” hesab olunan xislət
Allahu Təala sözə və nitqə dəyər verərək buyurur:
Ey iman gətirənlər! Allahdan qorxun və (doğru) tutarlı söz söyləyin! (Əhzab-70).

Həzərəti Əli kəlamları bu qəbil kəlamlardandır. Daim öz ecazkarlığı və kəskinliyi ilə seçilən Hz. Əli kəlamları insanı düşünməyə vadar edir. Əli (ə) imana və imanın əsas, ayrılmaz hissəsi ola səbrə işarə edərək buyurur:

الصَّبْرُ مِنَ الْایمانِ کالرَّأسِ مِنَ الْجَسَدِ لا خَیرَ فی جَسَد لا رَأْسَ مَعَهُ، وَ لا فی ایمان لا صَبْرَ مَعَهُ

Səbrin imana olan nisbəti başın bədənə olan nisbəti kimidir. Başı olmayan bədənin xeyri olmadığı kim səbr olmayan imanda da xeyir olmaz.

Səbr demək olar kı, imanın əməl şəklində göstəricisidir. Çünki iman və bu kimi şeyləri zahirdə görmək və ya göstərmək olmur.

İman yalnız öz sahibinin əməllərində və əxlaqında təzahür edir. Səbr də bu növ təzahürlərdəndir. Hətta Əli (ə) səbri imanın əsas göstəricisi olaraq tanıtmış və imanın başı adlandırmışdır.

Səbrin bir neçə “meydanı” vardır. Məsələn fəqirlik vaxtı, xəstəlik vaxtı, qəzəb vaxtı, cihad vaxtı, bəla və müsibətdə və sair. Bunların hamısının öz yeri və məqamı vardır.

Səbr heç də acizlik əlməti deyil. Acizlik, çarəsizlik tam başqadır. Acizlik odur ki, insanın əlindən bir şey gəlməyə, həmdə daxilində narazı olub üsyan edə.

Səbr isə tam başqadır. Müəyyən çətinlik zamanı əlindən bir iş gəlib-gəlməməsindən aslı olmayaraq Allahı yada sala və Onun rizasını düşünə, daxilən və zahirən üsyan etməyə.

Həzrəti Əlinin (ə) kəlamına əsasən imanın başı səbrdir. Çünki hər bir sahədə səbrli əməl və raftar imanın göstəricisidir.


Y.Nuriyev
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031