İmam Məhdi (ə) - cəddi İmam Hüseynin (ə) intiqam alanıdır
Mьəllif: admin1
Tarix: 23-08-2022, 10:04
İmam Məhdi (ə) - cəddi İmam Hüseynin (ə) intiqam alanıdır
İmam Hüseynin (ə) Aşura günü söylədiyi zikrlərin xüsusi rəngi və havası var idi. Maraqlısı buradadır ki, həmin zikrləri İmam Zaman ağa (ə.f) da çətin anlarında zikr edir.

İmam Hüseyn (ə) həyatının son anlarında o zaman ki, hər şey ona çətin gəlirdi, buyurur: “لَا حَوْلَ وَ لَا قُوَّه إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیمِ ("Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim").

İmam Zaman (ə) da qeybəti-kubranın başında Əli ibn Muhəmməd Səməriyə buyurur: لَا حَوْلَ وَ لَا قُوَّه إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیمِ ("Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim")

Mələklər İmam Hüseynə (ə) yardım etmək üçün nazil olmuşdular, ancaq Həzrətə yardım edə bilmədilər. Həmin mələklər İmam Zamana (ə.f) yardım etmək üçün intizar çəkirlər.

Rəyan ibn Şəbib İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Dörd min mələk İmam Hüseynə (ə) yardım etmək üçün yerə endilər. Onlar nazil olan zaman gördülər ki, Hüseyni (ə) öldürüblər.

Onlar səliqəsiz və toz-torpaq içində qəbrin kənarında iqamət qurdular və oradadırlar, ta o zamana qədər ki, Qaim (ə.f) qiyam edəcəkdir. Onlar da Həzrətin (ə.f) ordusundan və dostlarından olacaqlar. Onların şüarı belədir: یا لثارات الحسین"

İmam Hüseyn (ə) Aşura ziyarətində «الوتر الموتور» ("əl vitrəl-məvtur") adlandırılmışdır. İmam Zamanın (ə.f) da adlarından biri belədirالموتور ("əl-məvtur").

İmam Hüseyn (ə) Kərbəlada buyururdu: “هل من ناصر ینصرنی və İmam Məhdi (ə.f) أنا الصَّمْصَامُ الْمُنْتَقَمِ deyərək qiyam edəcəkdir.

Allah Təala Quranda buyurur: “Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik”. (“İsra” 33).

İmam Sadiq (ə) buyurur: “Bu ayədə məzlum dedikdə, məqsəd - İmam Hüseyndir (ə). Öldürülmüş şəxsin qəyyumu deyildikdə, məqsəd - İmam Məhdidir (ə.f)”.

İmam Hüseyn (ə) nicat gəmisidir. İmam Məhdi (ə.f) də öz mübarək əli ilə insanları hidayət edəcəkdir.

Aşura günü İmam Hüseynin (ə) dostları bir-bir onun yanına gəlib dedilər: “Salam olsun sənə, ey Allahın Peyğəmbərindən (s) dünyay gəlmiş!".

İmam (ə) da onların salamının cavabını verirdi. Sonra bu ayəni tilavət edirdi. “Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular.

Onlardan bəzisi öz nəzirlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər”. (“Əhzab” 23).

İmam Hüseyn (ə) Kərbəlada şəhid oldu və bu gün övladı İmam Məhdi (ə.f) cəddinin intiqamını almaq üçün intizar çəkir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031