Yezid (lən) necə cəhənnəmə vasil oldu?
Mьəllif: admin1
Tarix: 12-08-2022, 19:32
Yezid (lən) necə cəhənnəmə vasil oldu?
İmam Hüseynin (ə) qətl edilməsinin əsil səbəbkarı lənətlik Yezid idi. Yezidin törətdiyi cinayətlərin həddi-hüdudu yoxdur. Onun bəd aqibəti haqqında çox nəzərlər vardır.

Onlardan səhih olanında nəql edilir: “O məlun bir gün əsgərləri ilə birlikdə ova çıxır və ceyran oxlamaq istəyir. Öz adamlarına deyir: “Mən özüm tək ceyranı ovlayacağam və heç kəs mənimlə gəlməsin”.

Ceyran onun gözündən qaçır və o da ceyranı təqib edir. Ona görə də öz əsgərlərindən uzaqlaşır. Əsgərləri onu nə qədər axtarırlarsa, tapa bilmirlər.

Yezid (lən) səhraya gəlib çıxır və səhrada su çıxardan bir kişini görür. Kişi ona su verir, ancaq ona təzim etmir. Bu da Yezidi qəzəbləndirir.

O, qəzəbli halda kişiyə deyir: “Əgər bilsən ki, mən kiməm, mənə daha çox hörmət edərsən”.

Kişi soruşur: “Sən kimsən?”.

Məlun deyir: “Mən – Müaviyyənin oğlu Yezidəm, xəlifəyəm”.

Kişi bu sözləri eşidən zaman qəzəblənir və qılıncını Yezidə tərəf yönəldib, ona hücum edir. Lakin qılınc zərbəsi Yezidin atına dəyir. At qaçmağa başlayır və Yezidi də özü ilə sürüyür. O qədər sürüyür ki, onu həlak edir”.

Hədislərimizdə buyurulur ki, İmam Hüseyn (ə) – behişt qapılarından biridir. Hər kim onunla düşmənçilik edər, Allah behiştin iyini ona haram edər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031