14 yaşında müctehid olan əzəmətli islam alimi Əllamə Hilli kimdir?
Bu gün məhərrəm ayının 21-i Əllamə Hilli kimi məşhur olan görkəmli alim Həsən ibn Yusif ibn Mutəhhəri Hillinin vəfat günüdür.
Əllamə alim, ruhani ailəsində dünyaya göz açmış, böyük alimlər əhatəsində yetişib, boya-başa çatmışdır. O ilkin təhsilini mədrəsədə öyrənmiş, həmçinin bununla yanaşı atasından və dayısı Muhəqqiq Hillidən müxtəlif elmi biliklər əxz etmişdir. Əllamə Hilli öz elmini əsasən mərhum Xacə Nəsrəddin Tusi yanında öyrənmiş, məntiq, fəlsəfə, kəlam, fiqh, üsuli fiqh kimi elimləri qısa vaxtda mükəmməl şəkildə əxz cetmiş və həddi-buluğ yaşından əvvəl ictihad dərəcəsinə yetişmişdir. Beləcə 28 yaşında dayisi mərhum Müctəhid Muhəqqiq Hilli dünyasını dəyişəndən sonra Əllamə Hilli müsəlmanların mərciyyət məsələsini öz öhdəsinə götürmüşdür. Əllamə Hilli həmçinin ilk Ayətullah ləqəbi almış şəxsdir. Mərhum Əllamə 120-dən artıq elmi kitabın müəllifidir. Bunlardan üsul, fiqh, təfsir, məntiq, kəlam, rical, fəlsəfə və bu kimi müxtəlif mövzularda əsərlərin adını çəkmək olar. Həmçinin əsas ustadı olan mərhum Nəsrəddin Tusinin bir neçə əsərinə şərhlər yazıb. Mərhum Əllamənin elmi əsərləri ilə yanaşı Qutbud-din Razi, Fəxrul- Muhəqqiqin, Muhəmməd Əli Curcani, İbn Muyə kimi şagirdlər də yetişdirmişdir. Həmçinin Əllamənin İrana gəlişi, Elxanilər dövlətinin şahı Sultan Muhəmməd Xodavəndi ilə görüşməsi bu bölgələrdə Şiə elminin rəsmi şəkildə inkişafına rəvac vermişdir. Mərhum Əllamənin iki dəfə İmamla (ə.f) görüşdüyünü qeyd edirlər. Rəvayətin birini Tənkəbani özünün Qəsəsul- Üləma kitabında, digərini isə Ayətullah Nuri Şuştəri Məcalisul-muminin kitabında qeyd edirlər. Əllamə Hilli Sultan Xodavəndinin vəfatından sonra Hilləyə qayıdır ə ömrünün axırına qədər Hillədə yaşayır. Məzarı Həzrəti Əliin (ə) mubarək hərəmində yerləşir. Y.Nuriyev Oxşar xəbərlər
|