TORPAĞIN QANA DÖNMƏSI
Mьəllif: admin1
Tarix: 13-10-2017, 21:01
TORPAĞIN QANA DÖNMƏSI
Ənəs ibn Malik Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: Bir gün “müqərrəb” mələklərdən biri (Cəbrail-Əmin) məni ziyarət etmək üçün icazə istədi. O zaman Peyğəmbəri-Əkrəm (s) zövcəsi Ümmü-Sələmənin evində idi. Peyğəmbəri-Əkrəm (s) Ümmü-Sələməyə buyurdu: “Qapını bağla və heç kimi içəri buraxma.” Ümmü-Sələmə qapı arxasında dayanmışdı. Bu zaman Hüseyn (ə) gəldi, qaça-qaça özünü Peyğəmbəri-Əkrəmin qucağına atdı. Həzrət onu qoxulayır və öpürdü. Müqərrəb mələk Həzrətə dedi: “Ümmətin bu övladını öldürəcəklər, əgər istəsən, onun öldürüləcək yerini sənə göstərə bilərəm.” Mələk, Kərbəla torpağını Peyğəmbəri-Ərkəmə (s) göstərdi və Hüseynin dəfn olunacaq torpaqdan bir ovuc götürüb o həzrətə verdi. Peyğəmbəri-Əkrəm (s) torpağı iyləyib buyurdu:

ويح كرب و بلا

“Bu, Kərbəla torpağıdır.”

Sonra Peyğəmbəri-Əkrəm (s) torpağı Ümmü-Sələməyə verib buyurdu:

يا ام سلمة اذا تحولت هذا التربة دما فاعلمي ان ابني قد قتل

“Haçan qabın içindəki torpağın qana çevrildiyini gördün, bil ki, oğlum şəhadətə yetib.” Ümmü-Sələmə torpağı alıb bir qaba tökdü. (“Əqdul-fərid”, 4-cü cild, səh.383; “Səvaiqul-muhriqə”, səh. 190.)

Başqa bir rəvayətdə Ümmü-Sələmədən belə nəql olunur: “Bir gün Peyğəmbər (s) mənim evimdə ikən Hüseyni (ə) qucağına alıb ağlayırdı. Soruşdum: “Ya Rəsulullah! Nə üçün ağlayırsan? Həzrət buyurdu: “Cəbrail bu uşağın şəhid olacağını mənə xəbər verdiyi üçün ağlayıram.” Sonra Peyğəmbər (s) mənə bir az torpaq verib buyurdu: “Bu, Kərbəla torpağıdır. Haçan qabın içindəki torpağın qana çevrildiyini gördün, bil ki, oğlum şəhadətə yetib.”

Ümmü-Sələmə deyir: “Bir gün qabın içindəki torpağın qana çevrildiyini görüb, imam Hüseynin (ə) şəhid olduğunu anladım. Sonra məlum oldu ki, həmin vaxt dəqiqliyi ilə o həzrətin şəhadət yetdiyi vaxta təsadüf etmişdir.” (“Ehqaqul-həqq”, 11-ci cild, səh.339-342; “Təhzibut-təhzib”, İbn Həcər Əsqəlani, 2-ci cild, səh.347.)

Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031