Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam
Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq:
1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə) bu vəsiyyəti yerinə yetirdi, atam Əli ibn Əbutalib (ə) onu yazdı və həmişəlik qalıcı oldu”. Xanımın adından yazılmış vəsiyyətdə deyilir ki, hər tərəfinə divar çəkilmiş yeddi bağ Allah yolunda İslama yardım etmək üçün istifadə edilsin. Xanım (s.ə) bu vəsiyyətində vəsi olaraq İmam Əlini (ə) qeyd edir. Ondan sonra övladı İmam Həsəni (ə), sonra isə İmam Hüseyni (ə) vəsi təyin edir. Buyurur ki, əgər bu üç nəfər də dünyada olmasa, vəsi olmaq vəzifəsi böyük oğlumun övladlarının öhdəsində olacaqdır. Sonra da Xanım (s.ə) Allahı bu vəsiyyətinə şahid tutur. 2. Xanım (s.ə) həyatının son anlarında İmam Əliyə (ə) buyurur: “Ya Əbəl Həsən! Köçmək və xudafizləşmək zamanı gəlib çatıbdır, mənim sözlərimi eşit. Çünki bundan sonra Fatimənin (s.ə) səsini heç vaxt eşitməyəcəksən. Sənə vəsiyyət edirəm ki, məni unutmayasan. Vəfatımdan sonra məni davamlı olaraq ziyarət edəsən”. 3. Xanım (s.ə) buyurur: “O zaman ki, vəfat etdim, mənim kəfən və qüsl işlərimi öhdənə götür. Mənə namaz qıl və məni qəbrə qoy. Məni dəfn et və qəbrimə torpaq tök. Sonra mənim üzümlə üzbəüz əyləşib çoxlu Quran oxu və dua et. Çünki ölülərin bu zamanda dirilərlə ünsiyyət qurmağa ehtiyacları vardır. Mən səni Allaha tapşırıram və övladlarım üçün yaxşı tövsiyələrim vardır”. 4. Xanım (s.ə) buyurur: “Ey Peyğəmbərin (s) əmisi oğlu! Allah sənə yaxşı mükafat versin. Mənim sənə ilk vəsiyyətim budur ki, kişilərin qadınlara ehtiyacı vardır. Məndən sonra bacım Əmamə ilə evlən. Çünki o da mənim kimi övladlarımla mehribandır”. 5. Burada Xanım (s.ə) vəsiyyət edir ki, onun qüsl və kəfənini İmam Əlidən (ə) başqası yerinə yetirməsin. Eləcə də gecə dəfn edilməyi və heç kəsə xəbər etməməyi vəsiyyət edir. Allahın Rəsulunun (s) haqqında and verir ki, onu incidənlər cənazəsində namaz qılmasınlar. 6. “O zaman ki, vəfat etdim, heç kəsə xəbər vermə, məgər Ümmi-Səlimə, Ümmi-İmən və Fizzədən başqa. Övladlarımdan Həsənə (ə) və Hüseynə (ə) (xəbər ver). Abbasa, Səlmana, Əmmara, Miqdada, Əbazərə, Həzifəyə xəbər ver. Məni gecə dəfn et və qəbrimdən heç kəsə xəbər vermə ki, gizli qalsın”. 7. “Sənə vəsiyyət edirəm ki, o kəslər ki, mənə zülm ediblər və haqqımı qəsb ediblər, cənazə mərasimimdə iştirak etməsinlər. Çünki onlar mənim və Allah Rəsulunun (s) düşmənləridir”. 8. “Ey Əli! Mən – Fatimə (s.ə) Muhəmmədin (s) qızıyam. Allah məni səninlə evləndirdi ki, dünya və axirətdə sənin üçün olum. Sən başqalarından daha çox mənə layiqlisən. Səni Allaha tapşırıram.Övladlarıma Qiyamət gününə qədər salam və salavat göndərirəm”. Allahım! Bizləri o Xanımın (s.ə) ardıcıllarından qərar ver və şəfaətini bizlərdən alma! Deyerler.Org Oxşar xəbərlər
|