İslamla düşmən olan valideynlə necə rəftar etmək?
Mьəllif: admin1
Tarix: 14-10-2017, 22:09
İslamla düşmən olan valideynlə necə rəftar etmək?
Bir nəfər İmam Cavada (ə) məktub yazır və deyir: “Atam xristiandır və Əhli-Beytə (ə) qarşı düşmənçiliyi vardır.
Ona görə də onun tərəfindən çox sayda narahatlıqlar görmüşəm. Çox sayda çətinliyə dözmüşəm. Mənim üçün dua edin və vəzifəmi mənə bəyan edin. Onunla mehriban olum, yoxsa düşmənçilik edim?”.

İmam (ə) cavabında yazır: “Məktubunu oxudum. Atanın halından xəbərdar oldum və sənin üçün dua edirəm. Bil ki, atanla mehriban olmaq, onunla düşmənçilik etməkdən daha yaxşıdır. Bil ki, hər bir çətinlikdən sonra rahatlıq və genişlik vardır. Səbir et, çünki aqibət təqva əhli üçün olacaqdır. Allah Təala səni vilayətdə sabitqədəm etsin. Biz və siz Allahın pənahındayıq”.

Hədisi yazan nəql edir ki, bir müddət sonra Allah Təala o şəxsin atasının qəlbini yumşaldır və övladına qarşı mehriban edir. Bir daha rəftar və əməlində oğlu ilə müxaliflik etmir.


Deyerler.Org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031