Aşura qiyamının ən mühüm şüarı – zilləti qəbul etməməkdir
Aşura qiyamı da Quran kimi xüsusi zaman və məkana aid deyildi, bütün zamanların bəşəri üçün, insanları zülmətdən nura hidayət etmək üçün, zülmlə mübarizə etmək üçün həyata keçmişdir.
Aşura məktəbi və ruhu bütün dünyaya aiddir və Aşura şüarı ilə Aşura fəlsəfəsini dünyada təbliğ etmək olar. Bu gün 50 ölkədə Əli Əsğər məhəbbəti ilə beynəlxalq konfranslar təşkil edilir. Düşmənlər Hüseynin (ə) adından və məktəbindən qorxurlar, çünki ondan böyük zərbə alırlar. Ona görə də çalışırlar ki, bu cür konfransların qarşısını alsınlar. Düşmənlərin əsil hədəfi Hüseyn (ə) məktəbini aradan aparmaqdır. Çünki yaxşı bilirlər ki, Hüseyn (ə) məclislərini təşkil etmək əslində hər cür zülmə və istismara qarşı çıxmaqdır. Aşura məktəbinin əsil şüarı – zilləti qəbul etməməkdir. İmam Hüseyn (ə) izzətli şəhadəti, xar və zillətli həyatdan üstün bilmişdir. O kəslər ki, Aşura məktəbinin şüarını dərk edir, bu şəhid kimi uca məqama malik olar. İmam Hüseyn (ə) əmr-be-mərufu və nəhy-əz-munkəri dilçəltmək üçün qiyam etdi. İmam Əli (ə) bu İlahi vacibat haqqında buyurmuşdur: “Əmr-be-məruf və nəhy-əz-munkəri tərk etməyin. Əks halda sizlərin ən pisi sizə hakim olacaqdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|