Massonların III dünya müharibə planı və İmam Zamanın (ə) zühuru
İslaminSesi bildirir ki, Albert Pikenin Mazziniyə yazdığı bu məktub Britaniya müzeyində nümayiş etdirilib.
Kanada Kral Dəniz Qüvvəllərində Kəşfiyyat zabiti olan Vilyam Karr tərəfindən üzü çıxarılıb. Daha sonralar Karr bu barədə kitab nəşr etdirdi. Bu kitabda son 100 ildə baş verən hadisələrin massonlar tərəfindən reallaşdırıldığı qələmə alınıb. Kitab "Satan: Prince of this World" (İblis -Dünyanın şahzadəsi) adlanır. Həmin məktubdan bir sıra yerləri sizə təqdim edirik. I Dünya Müharibəsi "Bu müharibə Rusiyada çarı devirmək və bu ölkəni ateizmin qalasına çevirmək üçün illuminatiyə izn vermək məqsədi ilə ediləcək. İlluminatinin ingilis və alman imperatorluqları arasındakı "agentlərin" səbəb olduğu bu fəsad müharibəni hərəkətə gətirmək üçün istifadə olunacaqdır. Müharibənin sonunda kommunizmdən digər hökumətləri yox etmək və dinləri zəiflətmək üçün istifadə olunacaqdır." Tarixdən xəbəri olanlar bilirlər Otto Bismarkın yaratdığı saxta cəhdlərin necə Birinci Dünya müharibəsinə səbəb olub. II Dünya müharibəsi "II Dünya müharibəsi faşistlər və sionistlərin arasındakı fərqləri qabartmaqla törədilməlidir. Bu müharibə nasizmin məhv olması və Fələstində İsrail dövlətinin qurulması ilə yekunlaşmalıdır. İkinci Dünya müharibəsində beynəlxalq kommunizm son sosial fəlakət anında ehtiyacımız olana qədər nəzarətə götürüləcək və ən ümdəsi xristianlığı tarazlıqda saxlamaq üçün kifayət qədər güclü olmalıdır. " İkinci Dünya müharibəsindən sonra kommunizm zəif ölkələri ələ keçirməyə başladı. 1945-ci ildə Potstam konfransı ilə Avropanın böyük bir hisəsi Rusiyaya təslim edildi. Yaponiya ilə müharibənin nəticəsində kommunizm Çinə də yayıldı. Xüsusi QEYD: Oxucu 1871-ci ildə Nasizm və Sionizm terminlərinin işlədilmədiyini iddia edərsə onlara bu terminlərin illuminati tərəfindən ixtira edildiyi xatırladılsın. O ki, qaldı kommunizm sözünə bu termin ilk dəfə Fransa inqilabı zamanı istifadə olunub. III Dünya müharibəsi "III Dünya müharibəsi sionistlər və İslam dünyası liderləri arasında illuminatinin "agentləri" vasitəsilə başladılmalıdır. Müharibə İslam və siyasi sionizmin bir-birlərini qarşılıqlı yox etməsi ilə yekunlaşmalıdır. Bununla yanaşı bütün bunlarla maraqlanan digər ölkə və dövlətlər qüvvələri tükənənə qədər döyüşməyə məcbur qalacaqlar. Nihilistləri və ateistləri önə çəkərək qorxunc bir qətliam törədəcəyik. Bununla da mütləq ateizmin təsirini meydana çıxarmış olacayıq. İnsanlar öz mədəniyyətlərindən və dəyərlərindən iyrənərək Lusiferin (İblisin) saf doktrinasını qəbul edəcəklər." Tarixin gedişatına fikir versəniz görərsiniz ki, 2001-ci il 11 sentyabrdan bəri dünyadakı, xüsusilə Yaxın Şərqdəki bütün hadisələr sanki III Dünya müharibəsinin çağırışlarıdır. Son ssenarilərə baxdıqda isə bu müharibənin heç də uzaq olmadığın görə bilərik. Yeni Dünya Sistemi Yeni Dünya Sistemi (NWO) bütün dövrlərdə siyasətçilər və filosoflar tərəfindən istifadə olunub. Bu müxtəlif formalarda özünü büruzə verib. Məsələn, tam bir miliyyətçi şəkildə bütün dünyaya ağalıq etmək istəyən faşistlər, ya da İngiltərə kralının tam rəhbər olduğu bir dünya sistemi təsəvvür edilib. "İstəsək də istəməsək də vahid bir dünya sistemi qurulacaq. Amma məsələ o sistemə hansı yolla gedə bilməyimizdir."- Bu cümlələri sionist bankır Paul Varbuq ABŞ Senatlığında çıxış edərkən bildirimişdir. Yeni Dünya Sistemini qurmaq istəyənlər hər bir insanın üzərində nəzarət qurmaq və hazırki insan sayını üçdə ikiyə endirməkdir. Yeni Dünya Sistemini kimlər qurmaq istəyir barədə fikir yürütmək çox çətin və dolaşıq məsələdir. 1992-ci ildə Dr. Con Koleman "Komitet 300" kitabını yayımlayır. Bu kitabda Koleman Yeni Dünya Sistemini belə təsvir edir: "Bu sistemdə aclıqlar, xəstəliklər və mühariblər nəticəsində əhalinin sayı 1 milyarda qədər məhdudlaşdırılacaq. Qalanlar isə yalnız hakim sinifə xidmət edəcək insanlar olacaq. Orta sinif olmayacaq. Yalnız idarəçilər və xidmətçilər. Heç bir sərhəd mövcud olmayacaq. Vahid dünya polisi, vahid dünya ordusu və vahid dünya hökuməti olacaq. Vahid dünya məhkəməsində hamı üçün eyni qanunlar olacaq." Təbii ki, dünya sistemində edilən bütün dəyişiklər və planlar sadəcə olaraq insan ağlının xeyri və fəsadlarıdır. Allahın izni ilə ağacdan bir yarpaq belə düşmürsə, onların planları yalnız vahid ideyanın və Allah istədiyi sonu yaxınlaşdırmağa xidmət edən zaman reallaşa bilər. Ona görə vahid dünya nizamının və vahid dünya hökumətinin qurulacağına bəslədəyimiz inama görə bütün bunların həmin məqsədə bilmədən xidməti kimi dəyərləndirməliyik. Necə deyərlər aşırı zülm və fitnə fəsad insanın yalnız özünə zərər verir. Təbii ki, gözlədiyimiz şəxsin (ə.f) gəlməsi və onun zühurunu gözləyən milyonlarla insan da məhz bu ümidlər içərisindədir. Allah da öz vədini yerinə yetirəcəkdir. Oxşar xəbərlər
|