Ərbəin ziyarətinin sirri nədədir?
Mьəllif: admin1
Tarix: 26-09-2021, 23:44
Ərbəin ziyarətinin sirri nədədir?
Niyə əsrlər boyu Əhli-beyt (ə) davamçıları məhz Ərbəin günündə İmamı (ə) ziyarət etməyə bu qədər can atırlar? Niyə bu istək bu qədər uca mərtəbələrə qalxmışdır?

Elə ki, Səfər ayının 20-si gəlib çatar, müsəlmanların qəlbində xüsusi şur və şövq meydana gələr ki, onu sözlə ifadə etmək mümkün deyildir.
Din alimləri məhz bu ziyarəti niyə bu qədər tövsiyə edirlər?

Quranda möminlərə bəyan edilir ki, Əyyamallahu yada salsınlar ki, bu böyük İlahi günlər unudulmasın. Ərbəin o günlərdəndir ki, qanlı Kərbəla hadisəsini yada salır, möminlərin qəlbində hərarəti alovlandırır.

Ərbəin o günlərdəndir ki, Aşura gününün hörmətini daha da yüksəldərək, İmamla beyəti yeniləyir. Beyəti yeniləməyin ən yaxşı yolu isə Kərbəlaya gedib İmamı (ə) ziyarət etməkdir.

Ona görə də İmam Həsən Əsgəridən (ə) gələn hədisdə Ərbəin günündə İmam Hüseyni (ə) ziyarət etmək – möminin nişanələrindən hesab edilmişdir.

Ərbəin gününü xüsusi günlərdən edən səbəblərdən biri də həmin gündə İmamın (ə) müqəddəs başının bədəninə qovuşması olmuşdur.

Seyyid Murtəza deyir: “İmam Hüseynin (ə) müqəddəs başı Şamdan Kərbəlaya geri qayıdır və mübarək bədəninə qovuşur”.

Tusi buyurur: “Ərbəin ziyarəti də elə ona görədir”.

Hər bir halda Ərbəin ziyarəti o ziyarətlərdəndir ki, Əhli-Beyt (ə) özü ona əməl etmişdir. Əhli-Beyt (ə) davamçıları da onlara təqlid edərək, bu ziyarəti yerinə yetirmişdilər.

Beləliklə deyə bilərik ki, Ərbəin ziyarətinin sirri ondadır ki, bu ziyarət Kərbəla hadisəsini dirçəldir, həmin gündə edilən zülmü və cinayəti yada salır.

Ona görə də Məsumlarımız (ə) Cabirin həmin gündə etdiyi əməlləri bəyənmiş və tərifləmişdilər. Məsumlarımız (ə) məhz bu günə aid olan Ərbəin ziyarətini bəyan edərək, onu oxumağı tövsiyə etmişdilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930