Namazda iki ardıcıl səcdənin məna və fəlsəfəsi
Mьəllif: admin1
Tarix: 8-10-2023, 11:43
Namazda iki ardıcıl səcdənin məna və fəlsəfəsi
De: 'Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (Ona tərəf) tutun. (Allaha) dini yalnız Ona məxsus edərək ibadət edin. (Əraf-27)

İnsanın səcdə əməli bəndənin rəbbinə ən yaxın halı hesab olunur. Çünki bu əməl əməllər arasında insanın rəbbi qarşısında ən təvazökar halı hesab olunur. Səcdə halında insan bədən baxımından ən uca əzasını əyilərək yerə qoyur. Bu onun ən son həddə fiziki tavazökarlığıdır.

Zahiri forma ilə bərabər hər bir əməlin öz sahibinin ruhiyyəsinə uyğun halı vardır. Yəni əməlin mənəvi təsiri və dəyəri həmin əməli icra edənin ruhiyyəsindən aslıdır.

Hərbir əməlin hikmət və fəlsəfəsi olduğu kimi səcdənin də özünə məxsus hikmət və fəlsəfəsi vardır. Həzrəti Əli (ə) namazda iki ardıcıl səcdənin fəlsəfəsi haqqında soruşulan sualı belə cavablandırır:

“Birinci səcdənin mənası budur ki, insan səcdəyə getməklə iqrar edir ki, İlahi mənim əslim torpaqdandır. Başını qaldıraraq deyir ki, İlahi məni torpardan yaradıb vücuda gətirdin.

Sonra ikinci səcdəyə gedərək deyir ki, İlahi məni yenə torpağa qaytaracaqsan. İkinci səcdədən başını qaldıraraq təsdiq edir ki, İlahi məni qiyamətdə bir daha torpaqdan çıxarıb həyat verəcəksən”. (İləuş-şərae. Şeyx Səduq. cild-1. səh-262)

Allaha ibadət məxluqun ruhiyyəsinin ayrılmaz bir parçasıdır. Bütün yerdə və göydə olanlar istər istəməz Rəbbinə öz varlığları ilə belə ibadət halındadır. Çünki hər bir məxluqun var olması Mütəal Allahdandır
.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930