Zəvvarlara xidmət edən mələklər
Mьəllif: admin1
Tarix: 20-10-2017, 21:45
Zəvvarlara xidmət edən mələklər
Mufəzzəl nəql edir: “İmam Sadiq (ə) buyurur: “Sanki görürəm ki, mələklər Hüseyn ibni Əlinin (ə) qəbrinin üstündə möminlərlə (birlikdə) izdiham ediblər”.
Mufəzzəl soruşur: “Möminlər mələkləri görürlərmi?”.

Həzrət (ə) buyurur: “Heç bir zaman, heç bir zaman. Allaha and olsun ki, onlar möminlərlə birlikdədirlər. Hətta əlləri ilə üzlərinə məsh çəkirlər. Mənnan Allah hər səhər və axşam behişt təamlarından İmam Hüseyn (ə) zəvvarları üçün nazil edər və onlara xidmət edənlər – mələklərdirlər. Elə bir Allah bəndəsi yoxdur ki, Allah Təaladan dünya və axirət hacəti istəsin, məgər o halda ki, Allah ona əta edər.

Sanki görürəm ki, nurdan taxt qoyublar və üzərinə qırmızı yaqutdan qübbə vurublar ki, üzəri cəvahirlə bəzənmişdir. Həzrət İmam Hüseyn (ə) onun üzərində əyləşmişdir və Həzrətin (ə) ətrafına 90 min yaşıl qübbə vurublar. Möminlər o Həzrəti (ə) ziyarət edirlər və o Həzrətə (ə) salam verirlər.

Allah Təala onlara buyurur: Ey dostlarım! Məndən soruşun və istəyin. Çox əziyyət oldunuz və xar oldunuz. Bu gün – o gündür ki, əgər dünya və axirət hacətlərinizi Məndən istəsəniz – onu rəva edərəm”.

Yeməkləri və içməkləri behiştdə olar. Allaha and olsun ki, məhv olmayan və sonunu dərk edə bilmədiyin kəramət və ehsan elə budur”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031