İmam Hüsenyin (ə) məzarını ziyarət edən ilk Peyğəmbər (s) səhabəsi
Mьəllif: admin1
Tarix: 20-10-2017, 22:03
İmam Hüsenyin (ə) məzarını ziyarət edən ilk Peyğəmbər (s) səhabəsi
İmam Hüseyn (ə) babası Peyğəmbərin zamanında yaşamış, bütün səhabələr Peyğəmbərin (s) o Həzrətə (ə) olan sevgisinin şahidi olmuşlar. Allah Rəsulu (s) o Həzrətin (ə) mübarək boğazından öpər, azğın bir tayfanın onun (ə) susuz halda boğazını kəsəcəklərini söyləmişdir.

Kərbəla hadisəsi hicrətin 61-ci ilində baş verib. Artıq bu vaxtı çox az sayda səhabə qalmışdı. Bunlardan biri də Cabir ibn Abdullah Ənsari idi. O Peyğəmbər (s) zamanında daima İslam öncüllərindən olmuş, heç vaxt Peyğəmbəri (s) tək buraxmamışdır.

O həmçinin Əli (ə) ın zamanında o Həzrətin yaxın silahdaşlarından olmuş, heç vaxt o Həzrəti tək buraxmamışdır. Cabir Ənsari İslamı dərk edən, dinin təkcə ibadətdən ibarət deyil, həmçinin insan həyatının bütün sahələrini əhatə etdiyini və Əli (ə) ın imamət məqamına işarə edərək belə deyirdi: “Döyüşlərdə Əli (ə) ilə bir olmağa şəkk edən, Allah Rəsulu (s) ilə bir olmağa şəkk edən kimidir”.

Cabir Ənsari İmam Hüseynin (ə) ilk zəvvarı sayılır. Kərbəla faciəsi vaxtı o Mədinədə olur. O İmamın (ə) şəhadət xəbərini aldlqda qoca və kor halda yola düşüb, gəlib Kərbəlaya yetişir. Ravi deyir o mənə dediki mənim əllərimi qəbirə çatdır. Mən onun əllərini qəbrə vurdum. O ağlayıb huşunu itirdi və qəbrin üstündə düşüb qaldı. Sonra onun üzünə su vurdum. O ayılıb 3 dəfə Ya Hüseyn nalə etdi və dedi: “Bu necə dostluğdur ki, öz dostuna cavab vermir. Ey Allah Rəsulunun (s) övladını, möminlərin əmirinin oğlunu, müttəqilərin əmirinin oğlu, ey hidayət edənin oğlu, ey Kisa əhlinin beşincisi, ey dünya xanımlarının xanımı Zəhranın (ə) oğlu!”
(Sibtayn.com)

Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031