İmam Rzanın (ə) xristiana xüsusi inayəti
Ayətullah Behcətin mənzilində ağa Xunsari nəql edir: “Qərb ölkələrindən birindən üç nəfər zavod təsis etmək üçün Məşhədə gəlmişdilər.
Onları müşayiət edən Məşhəd əhli deyirdi ki, bu üç nəfərdən biri çox qəmgin və narahatdır. Ona görə də onları Məşhədin gəzməli və görməli yerlərinə apardım. Hərəmin yanından keçəndə, gözü İmamın (ə) hərəminin günbəzinə dəydi və soruşdu: “Bura haradır?”. Dedim ki, İmam Rzanın (ə) hərəmidir. Dedi ki, biz də oraya gedə bilərikmi? Dedim ki, bəli. Elə ki, hərəmin salonuna daxil olduq, həmin qəmgin mühəndis özlərini iplə polad zərihə bağlayan insanları gördü və dedi: “Bunlar kimlərdirlər?”. Dedim: “Onlar həkimdən cavab almışlardır. (Yəni, çarəsizlərdir)”. Dedi: “Mənim də boynuma bir kəndir asın”. Soruşdum ki, çətinliyin nədir? Mənə heç nə demədi. Xülasə onun da boynuna bir kəndir asdıq və o, ağlamağa, dua etməyə başladı. Yarım saatdan sonra telefonu çaldı və həyat yoldaşı soruşdu ki, sən haradasan? Onu oğlunun şəfa tapmasına görə təbrik etdi. Mən mühəndisdən soruşdum ki, nə olubdur? Dedi: “Mən İmam Rzaya (ə) belə dedim: “Mən sizi tanımıram, ancaq siz məni tanıyırsınız. Oğlumun 19 yaşı vardır, hələ də iflicdir. Mən onun niyyətilə boynuma kəndir bağlamışam ki, siz ona şəfa verəsiniz”. Həmin mühəndis, həyat yoldaşı və oğlu bu hadisədən sonra bir neçə il İmamı (ə) ziyarət etmək üçün gəlir və çoxlu hədiyyələr gətirirdilər”. /Deyerler.org/ Oxşar xəbərlər
|