Əzadarın 8 vəzifəsi
Yaxşı olar ki, İmam Hüseyn (ə) əzadarı bu səkkiz nöqtəyə diqqət etsin və ona riayət etsin.
1. Qara geyinmək. Fiqhi cəhətdən adi vaxtda qara geyinmək məkruh hesab olunur. Ancaq İmam Hüseyn (ə) müsibətində və Məsumların (ə) şəhadət günlərində istisnadır. Çünki qara geyim qəm və qüssənin nişanəsidir. 2. Başsağlığı vermək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim müsibət görənə başsağlığı verər, onun kimi savaba malik olar”. İmam Baqir (ə) buyurur: “O zaman ki, Əhli-Beyt (ə) davamçıları Əba Abdullah (ə) müsibətində görüşər, bu cümləni təkrar etsinlər: Allah bizim İmam Hüseyn (ə) üçün əzamızın əcrini çoxaltsın, bizi və sizi vəlimiz İmam Zamanla (ə.f) bir yerdə qanının intiqamını istəyənlərdən qərar versin”. 3. Aşura günü işə tətil vermək. İmam Sadiq (ə) buyurur: “Hər kim Aşura gününü tətil edər, yəni qazanc dalınca getməz – Allah onun dünya və axirət hacətlərini yerinə yetirər. Hər kimin Aşura günü qəm və qüssə günü olar, onun əvəzində Qiyamət gününün sabahısı günü hamı üçündəhşət günü olduğu halda, onun üçün şadlıq günü olar”. 4. Ziyarət etmək. Əlqəmə İmam Baqirdən (ə) istəyir ki, ona İmam Hüseyni (ə) uzaqdan ziyarət etməyi öyrətsin. Həzrət (ə) buyurur: “Ey Əlqəmə! Nə zaman (ziyarət etmək) istəsən, iki rükət namaz qıl və ondan sonra (Aşura) ziyarətini oxu. Əgər sən bu ziyarəti oxusan, mələklərin İmam Hüseyn (ə) zəvvarı üçün dua etdiyi kəslərdən olarsan. Allah sənə yüzminlərlə dərəcə yazar və o kəs kimi olarsan ki, İmam Hüseynlə (ə) birgə şəhid olmuşdur. Sənin üçün Hüseyn (ə) şəhid olan gündən onu ziyarət edən hər kəsin, hər peyğəmbərin və hər rəsulun savabı yazılar”. 5. Ağlamaq. Qüdsi hədisdə oxuyuruq: “Allah Təala Həzrət Musaya (ə) buyurur: “Ey Musa! Bəndələrimdəm hər kim Mustafanın (s) övladının şəhadət zamanı üçün ağlayar və ya ağlamaq halı alar – davamlı olaraq behiştdə olar””. 6. Əza məclisi təşkil etmək. İmam Sadiq (ə) buyurur: “Sizin məclis təşkil etməyinizi mən sevirəm. Öz məclislərinizdə bizim əmrimizi dirildin. Allah rəhmət etsin o kəsə ki, bizim əmrimizi dirildər”. 7. Zahidliyə riayət etmək. İmam Sadiq (ə) buyurur: “(Aşura) günündə ləzzət verən işlərdən çəkinin, əza sünnəti bərpa olsun və günəş batana qədər yemək və içməkdən çəkinilsin. Ondan sonra o yeməkdən yemək ki, əzadarlar yeyərlər”. 8. Təvəssül və dua. Aşura günündə ziyarət oxuyub, Əhli-Beytə (ə) təvəssül etmək lazımdır ki, bu əzadarlıqlarımızı qəbul etsinlər və bizi əza əhlindən hesab etsinlər. /Deyerler.org/ Oxşar xəbərlər
|