Allaha ən üstün ibadət etmək, bu amildən keçir
Mьəllif: admin1
Tarix: 4-03-2021, 11:02
Allaha ən üstün ibadət etmək, bu amildən keçir
Bir nəfər İmam Baqirin (ə) xidmətinə gəlir və deyir: “Mən ibadətdə çox da səy göstərmirəm. Müstəhəb namaz və oruc əhlindən deyiləm. Ancaq vacibatlarla kifayətlənirəm. Haram tikədən əl çəkmişəm”.
İmam (ə) ona buyurur: “Hansı səy qarın və şəhvət iffətini qorumaqdan daha üstündür”.

Ona görə də deyə bilərik ki, qarını haram tikədən qorumaq və haram qazanca yol verməmək böyük əhəmiyyətə malik olan əməllərdəndir. Ona görədir ki, İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət – qarın və şəhvəti haramdan qorumaqdır”.

Həzrət Baqir (ə) başqa yerdə buyurur: “Allah, qarın və şəhvəti haramdan qorumaq kimi üstün ibadətlə ibadət olunmamışdır”.

Tarix deyir ki, İbni Ziyadın (lən) ordusu haramxor olduğu üçün İmam Hüseynin (ə) dəvətini və nəsihətlərini eşitmədilər. Haram tikə onların gözünü və qulağını bağladı. Eşitdikləri onların qəflətdən oyatmadı. Bütün bunların səbəbkarı – haram tikədir.

İnsanın namazının da, orucunun da və başqa ibadətlərinin də dəyər əldə etməsi üçün pak qəlbə və saf ruha ehtiyacı vardır. Bu da ancaq halal tikə və halal qazanc ilə hasil olur.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031