Əli Əsğərin qanını göyə atanda, İmam Hüseyn (ə) nə dedi?
Mьəllif: admin1
Tarix: 22-06-2022, 23:09
Əli Əsğərin qanını göyə atanda, İmam Hüseyn (ə) nə dedi?
Bəzi nadanlar belə düşünür ki, İmam Hüseyn (ə) gərək dövrünün xəlifəsinə təslim olub, bu qədər müsibətə dözməzdi.

Bu insanların ən mühüm çətinliyi ondadır ki, müsibət və bəlanı xoş qarşılamır və onu Allah tərəfindən olan cəza kimi qəbul edirlər.

Halbuki, hər bir müsibət və bəla cəza deyildir, əksinə həmin şəxsin mömin olmasının nişanəsidir. Belə ki, İmam Kazım (ə) buyurur: “Mömin – tərəzinin iki gözü kimidir, nə zaman imanı artsa, bəlası artmış olar”.

İmam Hüseyn (ə) – Həzrət Peyğəmbər (s) övladı idi və özü də İmam (ə) idi. Ona görə də həm məsumiyyəti vardı, həm də imanı yüksək səviyyədə idi. Bu səbəbdən də ona nazil olan bəla da yüksək səviyyədə oldu.

İslam Peyğəmbəri (s) buyurur: “İnsanlar arasında ən çox bəla görənlər – peyğəmbərlərdir. Ondan sonra onun dostları və ondan sonra hər kim peyğəmbərlərə (ə) oxşar olar (vəsi kimi). Onlara bənzərlik səviyyəsinə görə ən çox bəlalardan bəhrələnərlər”.

Bu səbəbdən deyə bilərik ki, Seyyidi-şühədanın (ə) Kərbəlada gördüyü müsibət iman səviyyəsinə uyğun bir müsibət idi.

Ona görə də düşmənin haqsız olduğunu bildiyi halda necə ədalətsizliyə dözüb boyun əyərdi ki? O zaman ki, Əli Əsğəri vururlar, Həzrət (ə) körpənin qanını göyə atıb, buyurmuşdu: “Bu müsibət mənim üçün asandır, çünki Allah görür”.

İmam (ə) bu ibrətli sözləri ilə buyururdu ki, baxmayaraq müsibət və bəlalar xoşagəlməzdir və ağrılıdır, ancaq əgər Allah yolunda olarsa, insana asan gələr.

Elə ona görə də Həzrət Zeynəb (s.ə) İbni Ziyadın tənəli sözünə belə cavab vermişdi: “Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim. Onlar Allahın əmrini canları ilə qəbul etdilər.

Bu yolda iftixarlı şəhadət yerlərinə tələsdilər və başı uca halda başlarını şəhadət yatağına qoydular. Tezliklə Allah səni və onları məhkəməsində toplayacaq və mühakimə edəcəkdir. O zaman görəcəksiniz ki, o məhkəminin ki, hakimi Allahdır, qələbə kimin üçün olacaqdır”.

Bəli, Allah yolunda cihad etmək – gözəldir. Bir şərtlə ki, bu yolda baxışın Quranın buyurduğu kimi olsun: “De: “Yoxsa bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa bir şey gözləyirsiniz?””. (“Tövbə” 52).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031