Qurani-Kərim yaradılmışların ən xeyirlisini belə bəyan edib
Mьəllif: admin1
Tarix: 23-10-2022, 11:27
Qurani-Kərim yaradılmışların ən xeyirlisini belə bəyan edib
İnsan dünyanın mehvəridir. Yəni dünyanın var olmasında əsas amil insandır. İnsan yaşasın deyə Mütəal Allah dünyanı var edib. Dünya nemətlərini insanın ixtiyarına qoyub. Yer mülkünün sahibi demək olar ki, insandır.

Bəs insanın yaradılışındakı hədəf nədir, Quran bu barədə nə buyurur ? Bu mətləbə işarə edərək Quranda buyurulur:

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zariyat-56).

Demək insanın yaradılış hədəfi Rəbbi tanıması, ilahi mərifət əldə etmək və bu mərifətdən doğan ibadətlər və əməllərdir. İnsan ilk öncə İlahi mərifət (tanıma) əldə edir.

Bu mərifət onu Rəbbinə ibadətə sövq edir. İbadətlə aşılanan insan əxlaqi, mənəvi dəyərlər əldə edir. Təbii ki, gözəl və mükəmməl əxlaq sahibindən pis əməl baş verməz. Əksinə imanlı və saleh əməlli birisi olar.

Məhz belə şəxsləri Allah Təala yaradılmışların ən yaxşısı adlandırıb:

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır (Bəyyinə-7).

Dünyanın mehvəri insandır. Bütün məxluqatın ən üstünüdür. Bu üstünlüyü ona Rəbbi tərəfindən bəxş edilmiş ağlı qazandırmışdır. İnsanların içində isə ənyaxşısı Allaha iman gətirən və saleh əməl sahibləridir.

Belə olan halda Quranın da buyurduğu kimi yaranmışların ən yaxşısı Allaha iman edən və saleh əməl sahibləridir.


Y.Nuriyev
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031