Vacib səcdəsi olan surələri namazda oxumaq
Mьəllif: admin1
Tarix: 25-07-2020, 08:39
Vacib səcdəsi olan surələri namazda oxumaq
Sual: Əgər bir şəxs vacib səcdəsi olan surələrdən birini namazda bilərəkdən və ya səhvən oxusa, onun namazının hökmü nədir və vəzifəsi nədir?

Cavab: Vacib namazda vacib səcdəsi olan surələri oxumaq olmaz. Əgər bir şəxs bilərəkdən və ya səhvən onlardan birini oxusa, səcdə ayəsini oxuyan kimi, ehtiyat-vacibə görə, tilavət səcdəsini yerinə yetirməli və ayağa qalxmalıdır.

Əgər “Surə” tamamlanmayıbsa, onu tamamlamalı və namazı başa çatdırmalıdır. Sonra namazı yenidən qılmalıdır.

Amma əgər səcdə ayəsinə çatmamış hökmü xatırlasa, ehtiyat-vacibə görə, “Surə”ni yarımçıq qoymalı və başqa bir “Surə” oxumalı, namazı tamamlamalıdır. Sonra namazı yenidən qılmalıdır. (Ali Məqamlı Rəhbər)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930