Bu gün Həzrəti Rüqəyyənin (s) şəhadət günüdür
Mьəllif: admin1
Tarix: 2-09-2022, 10:26
Bu gün Həzrəti Rüqəyyənin (s) şəhadət günüdür
Bu gün səfər ayının 5-i Həzrəti Rüqəyyənin şəhadət günüdür

Atasının kəsilmiş mübarək başın alnından və dodaqlarından öpən bala yanğı ilə ağlayaraq deyir: "Atacan, üzünü kim belə al-qanə qərq edib? Atacan, boynunun damarlarını kim kəsib? Atacan, kim bizi uşaq vaxtı yetim qoydu? Atacan, yetim uşaqlar böyüyənədək kimə pənah apararlar? Atacan, kaş torpağı özümə yastıq edəydim amma saqqalını qana boyanmış görməyəydim".

Bu gün həzrəti İmam Hüseynin(ə) məzlum balası həzrəti Ruqəyyənın (s.ə) Şamın xarabasında şəhid olduğu gündür. Bu şəhadət münasibətilə başda həzrəti İmam Zaman (ə.f) olmaqla bütün Əhli-Beyt (ə) aşiqlərinə təsəlli deyirik.

Həzrət Rüqəyyənin (s.ə) şəhadət tarixçəsi

"Əsr vaxtı Şamın xarabasında bibisi həzrəti Zeynəbdən (s.ə) şamlı uşaqların ora-bura getdiklərinin görən bala bibisindən uşaqların hara getdiklərini soruşur.

Bibisi uşaqların evlərinə getdiklərini bildirir. Qızcığaz bibi, bəs bizim evimiz yoxdur? - deyə soruşur. Həzər Zeynəb (s.ə) cavab verir ki, niyə yoxdur, bizim evimiz Mədinədədir.

Bu zaman Xanım Ruqəyyənin (s.ə) atası ilə birlikdə yaşadıqları anlar yadına düşür və atasını istəyir. Xarabanın bir guşəsinə çəkilərək qəmli halda yuxuya gedir.

Yuxuda atasını görən bala, hövlnak yuxudan ayılır və ağlayaraq atasını çağırmağa başlayır. Qızın ağlaması xarabadakı digər xanımları da ağladır.

Xarabadan ucalan ah-nalə Yezidin sarayında da eşidilməyə başlayır. Yezidin məsələnin nə yerdə olduğunu bildikdə əmr edir ki, İmam Hüseynin (ə) kəsilmiş mübarək başını Xanım Ruqəyyəyə (s.ə) aparsınlar.

İmam Hüseynin (ə) mübarək başını bir siniyə qoyub xarabaya gətirib qoyurlar Şəhidlər Sərvərinin qızının qabağında. Həzrəti Ruqəyyə (s.ə) sininin üzərindəki örtüyü kənara çəkən zaman atasının kəsilmiş başını görən kimi başı əlinə götürərək ağuşuna basır.

Mübarək başın alnından və dodaqlarından öpən bala yanğı ilə ağlayaraq deyir: "Atacan, üzünü kim belə al-qanə qərq edib? Atacan, boynunun damarlarını kim kəsib?

Atacan, kim bizi uşaq vaxtı yetim qoydu? Atacan, yetim uşaqlar böyüyənədək kimə pənah apararlar? Atacan, kaş torpağı özümə yastıq edəydim amma saqqalını qana boyanmış görməyəydim".

Xarabanın bir guşəsində atasının başı ağuşunda bu cür oxşamalar deyə-deyə birdən səsi kəsilir. Xarabadakılar balanın yuxuya getdiyini düşündülər. Yaxınlaşdıqda o məzlum balanın canını tapşırdığını gördülər.

Xanımlar balaya qüsl verib onu elə orada da dəfn etdilər"

Əla lənətullahi ələl-qaumiz-zalimin

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031