Kişi və qadınların namazda örtünmələrinin qaydaları
Mьəllif: admin1
Tarix: 25-07-2020, 08:41
Kişi və qadınların namazda örtünmələrinin qaydaları
Namaz dinin vacib əməllərindəndir. Onu tərk etmək və ya etinasız yanaşmaq icazəli deyildir. Namaz insan həyatında önəmli təsirə malikdir.

Bu ibadət insanın dünyaya baxışın, yaşam tərzin nizamlayır. Çünki insan namaz qıldlqca həyatını namaza uyğunlaşdırır.

Namaz səbəbi ilə müəyyən işlərdən, əxlaqa zidd məclislərdən, dürüst olmayan insanlardan çəkinir. Bu da onun həyatının yeni nizamı deməkdir. Necəki Quranda bu barədə buyurulub:

Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir! (Ənkəbut-45).

Namaz özü vacib olduğu kimi, özü ilə bərabər bir neçə şərti də vacib edir. Bu şərtlərdən biri də namaz əsnasında bədənin örtülməsi məsələsidir.

Kişilərə yalnız ayıb yerlərinin örtülməsi vacibdir. Ancaq əxlaq və mənəviyyat baxımından kişilərin də tam örtülməsi, hətta başlarına araqçın qoyulması tövsiyyə olunur.

Qadınlara isə namaz əsnasında tam örülməsi vacibdir. Hətta tək və ya yanlarında naməhrəm olmasa belə. Yalnız üzün (dəstəmazda yuyulan qədəri), əllərin (bilənkdən aşağı) və ayaqların (topuğdan aşağı) örtülməsi vacıb deyil.

Bu şərtlərə əməl olunmaması namazın batil olmasına səbəb olur.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930