Dinin zəruru hökümlərindən olan “Təvəlla” və “Təbərra” nədir?
Mьəllif: admin1
Tarix: 26-10-2022, 13:03
Dinin zəruru hökümlərindən olan “Təvəlla” və “Təbərra” nədir?
İslam dini üç əsas təməl üzərində formalaşır: Üsuliddin (əqidə), furuid-din (vacibi əməllər) və əxlaq. Təvəlla və təbərra dinin vacibi əməllər qismindəndirki, hər bir müsəlman qəlbində və zahiri əməllərində bu məsələyə diqqət edilməlidir.

Təvəlla yaxınlıq, dostluq mənasındadır ki, burada Allaha inananları, iman gətirənləri dost bilmək, dost tutmaq mənasındadır. İnsanın qəlbində Allah Təalaya bağlılığ, yaxınlığ artdıqca Onun yartdıqlarını, Ona bağlı olanları qeyri ixtiyarı sevməyə, əziz tutmağa başlayır. Bu insanda formalaşan imanın göstəricisidir.

Təvəlla (dost tutmaq) mühüm əhəmiyyətə malik bir əməldir. İnsan bu işlə bir növ dinə və dindarlara yardım etmiş olur. Çünki müsəlmanlar arasında bağlılığ vəhdət və birlik deməkdir. Bu dinin möhkəmlənsəsi, müsəlmanların bir birinə möhkəm bağlanıb, bir birindən agah olması deməkdir. Qısası bu (təvəlla) Mütəal Allahın öz bəndələrini sevgi və dostluğ “şəmsiyyəsi”altında birləşdirməsi deməkdir.

Təbərra uzaq olmaq deməkdir, yəni Allah düşmənlərindən, Onun dininə zərər vurmaq istəyənlərdən, İslama dil uzadanlardan uzaq olmaq. Allahın dini ilə düşmənçilik edənlər zəhərə, sirkəyə bənzədilir ki, onlarla yaxınlıq insan üçün təhlükəlidir. Yəni insanın mənəviyyatı, dünya görüşü üçün təhlükəlidir. Mənəviyatca yoxsul olanlarla dostluğ insanı mənəviyyat yoxsulluğuna sürükləyir. Bu o demək deyil ki, belə insanlarla düşmən olmaq lazımdır. Xeyr! Onlar da Allahın bəndəsidir. Düşmənçilik etmək ayrı, dost tutmamaq ayrı.

Təvəlla və təbərranı bir növ cazibə və dafiəyə də bənzətmək olar ki, qəlbin Allah dostlarını cəzb etməsi, qəlbin Allah düşmənlərini dəf etməsi.Bunların hə ikisi imanın və Allah Təalaya bağlılığın nişanəsidir. Necəki Allah Rəsulu (s) buyurub:

Bir kəs iman edə, amma dostlarını dəyişməsə, o kəs iman etməmişdir.

Y.Nuriyev
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031