Səbir etsən, həm savabı var və həm də müşükülün həll ediləcək
Mьəllif: admin1
Tarix: 26-10-2022, 13:05
Səbir etsən, həm savabı var və həm də müşükülün həll ediləcək
Səmaə ibni Mehran Mədinədə İmam Sadiqin (ə) xidmətinə gedir. İmam (ə) onun halını soruşur və buyurur: “Neçə vaxtdır ki, Mədinəyə gəlmirsən?”.

O, ürəyini açıb İmama (ə) deyir: “Dünya mənə arxa çevirmişdir, məni əzmişdir. Malım əlimdən getmişdir, borclanmışam. Hər bir dərdim bir tərəfə, borclandığım insanların borcu istəməsi bir tərəfə. Bu səfərə gələndə də dostlarımdan borc almışam”.

İmam (ə) buyurur: “Əgər səbir etsən, Allah sənə o qədər əcr verəcəkdir ki, başqalarının qibtəsinə səbəb olacaqsan. Əgər səbir etsən, sabahısıgünü deyəcəklər: “Ey kaş, biz də onun yerində olardıq”.

Ancaq əgər səbir etməsən, İlahi təqdirat həyata keçəcəkdir və əcrin də olmayacaqdır.

Ona görə necə də yaxşı olardı ki, insan səbir etsin və dözsün və dünyadakı zahidliyini əldən verməsin”.

İmam Hüseynin (ə) ləqəblərindən biri zahid idi. İmam Hüseynə (ə) məxsus olan salavatda oxuyuruq: “(Ey Allahım!) Hüseynin (ə) haqqına Hüseyn (ə) zöhdündən bizə də bəhrə ver ki, zöhdündən səbrinə çataq. Səbrindən imanına çataq. Zahid, sabir və mömin olaq”.

İmam Hüseyn (ə) bacısı Zeynəbə (s.ə) belə buyurur: “Bacım, qüssə etmə. Mənim ölməyimə hazır ol. Ölümüm qətidir, bu gün və ya sabah! Onagörə necə də yaxşıdır ki, Allah yolunda öləm.

Yer əhlinin hamısı ölür, səma əhli isə qalıcıdır. Cəddim məndən daha yaxşı idi və dünyadan getdi. Atam, anam, qardaşım məndən daha yaxşı idilər, dünyadan getdilər. Məbada şeytan səbrini aradan aparsın!”.

Allah Təala bizləri zahidliyə tərəf gedənlərdən qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930