Aşura və Ərbəin yürüşünün İslam dünyasına bəxş etdiyi ən ali hədəf
Əhli Beyt (ə) sevərlərin Ərbəin yürüşü- İmam Hüseynin (ə) 40 mərasimində Kərbəlaya doğru hərəkəti Aşura günü qədər önəmli məsələdir.
Yəni bu hərəkətlilik Aşura günündə olduğu kimi mühüm əhəmiyyətə malikdir. Xanım Zeynəbdən (s.ə) bizə miras qalmış bu hərəkata iki müstəvidən yanaşmaq mümkündür: Birincisi tarixi nöqteyi baxımındandır ki, Aşura və Ərbəin hadisəsini hər il qeyd etmək İmam Hüseyn (ə) məktəbini yaşatmaq deməkdir. İmam Hüseyn (ə) bizə mübarizlik məktəbini, dinini qorumaq məktəbini irs qoyub. Hər il yaşanan, yaddaşlarda təkrarlanan Aşura tarixçəsi insanları sual altında qoyur və bu suallara cavab axtaran insan nəticədə Allah-Təala ilə, peyğəmbərlə(s), Əhli Beytlə (ə) və bunların qarşısında olan mənfi obrazlarla tanış olur. Axtarış aparan insan mənfi ilə müsbəti əyani şəkildə görmək fürsəti əldə edir. Bu da onun hidayətinə və doğru olanları tanımasına xidmət edir. Doğru olanlarla birgə olmaq, doğru olmaq deməkdir. Hər bir kəs həqiqət və ədalət tərəfində olsa bu bəşəriyyətin xilası deməkdir. Çünki cəmiyyətin fərdlərinin islah olması düzgün bir cəmiyyətin formalaşması deməkdir. Bu da formalaşmış cəmiyyətdə cinayətlərin yoxluğu deməkdir. Allahın və Əhli Beytin (ə) nuru ətrafında toplaşan cəmiyyət ətrafına cinayət deyil, yalnız nur saçar. Aşuranın hər bir kəsin öz məntəqəsində qeyd etməsi bu nəzərdən əhəmiyyətlidir. İkincisi isə ilahi nurun ətrafında toplanan insanların vəhdət baxımından Ərbəin mərasimində izdihamlı şəkildə Kərbəlaya doğru yön almasıdır. Bu yürüş, Allahın təkliyinə və Rəsul-Allahın (s) peyğəmbərliyinə etiqadı olanların Əhli Beyt (ə) bayrağı altında dünyaya vəhdət mesajı, İslamın əzəmət mesajıdır. Necəki Hz. Əli (ə) Nəhcül-Bəlağə kitabında “Allah Həcci dinin möhkəmlənməsi üçün sütun qərar verdi” buyurur. Ərbəin yürüşü də buna bənzəyir. Həcc vacibi əməldir, Allah Təala tərəfindən Qurani Kərimdə gücü yetənlərə vacib edilmişdir. Ərbəin yürüşü isə Əhli Beyt İmamlarının (ə) bizim üçün buraxdığı mədəni bir irsdir. Bu mədəni irs özündə əqidə, sevgi, eşq, fədakarlıq, malından və pulundan keçmək, vəhdət, əzəmət, vüqar və sair...kimi dəyərləri cəm edir. Hər bir hadisənin böyüklüyü və kiçikliyi o hadisəni yaratdığı rezonans dalğası ilə olçülür. Aşuranın yaratdığı rezonans dövrünü qüdrətli sülaləsini çökdürdü. Bu günün Ərbəin yürüşü də iri miqyaslı bir rezonans olaraq Allah dininin və ya dinlərinin düşmənlərinin ürəklərini qorxuya salır. Aşura İmam Hüseynin (ə) hərakat və yürüşü olduğu kimi, Ərbəin də Hüseynçilərin yürüşüdür. Oxşar xəbərlər
|