İmam Hüseyni (ə) sevən də, sevəni sevən də behiştdə olacaq
Mьəllif: admin1
Tarix: 24-09-2019, 13:05
İmam Hüseyni (ə) sevən də, sevəni sevən də behiştdə olacaq
Seyyidi-şühədanın (ə) fərdi bərəkətlərindən biri də budur ki, onun davamçıları behiştdə Həzrətlə (ə) birlikdə olacaqlar.

Həzifə ibni Yəman nəql edir: “Peyğəmbəri (s) gördüm ki, əli ilə İmam Hüseynin (ə) əlini tutub, buyurdu: “Ey insanlar! Bu, Hüseyn ibni Əlidir (ə). Onu tanıyın. Canım əlində olan Allaha and olsun ki, həqiqətən o, behiştdə olacaqdır. Onu sevən də behiştdə olacaqdır. Sevənini sevən də behiştdə olacaqdır””.

İmam Kazımdan (ə) gələn hədisdə oxuyuruq ki, buyurur: “Peyğəmbər (s) Həsənin (ə) və Hüseynin (ə) əlindən tutub, buyurur: “Hər kim bu ikioğlanın və onların atası ilə anasını sevərsə, Qiyamət günü mənim dərəcəmdə və mənimlə olacaqdır”.

Həzrət Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq: “Agah olun, həqiqətən də Hüseyn (ə) – behişt qapılarından biridir. Hər kim onunla düşmənçilik edərsə, Allah behiştin iyini ona haram edər”.

Aydındır ki, bu dərəcəni əldə etmək ancaq məhəbbətlə olan bir şey deyildir. Xüsusi sevgidir ki, imanlı insanlara aid edilir.

Behiştdə Peyğəmbərlə (s) birlikdə olmaq üçün təkcə sevgi deyil, əməl da lazımdır.

Şeyx Cəfər Şuştəri İmam Hüseyn (ə) haqqında buyurur: “Peyğəmbər (s) və İmamların (ə) hamısı behiştin qapılarıdırlar. Ancaq Hüseynin (ə) qapısı daha açıqdır.

Hamısı nicat gəmisidirlər. Ancaq Hüseynin (ə) gəmisi şiddətli tufanların dalğası arasında daha sürətlidir.

Onunla nicat sahilinə qədər birlikdə olmaq daha asandır”.

Allahım, bizləri bu gəmidə qərar ver!

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930