Həşəratı öldürmək günah hesab edilirmi?
Mьəllif: admin1
Tarix: 29-10-2017, 21:53
Həşəratı öldürmək günah hesab edilirmi?
Heyvanlar, insan həyatının qalması və davamı üçün lazım və zəruri bir mövcuddurlar. Allah Taala buyurur: "Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!" ("Duxan" surəsi, ayə 38). Burdan başa düşürük ki, hər bir şeyin vücudunda hikmət və xeyir qoyulmuşdur. Yenə buyurur: "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!" ("Bəqərə" surəsi, ayə 29). Burdan aydın olur ki, hər bir şeyin xeyri insana aiddir və insana qayıdır. Deməli, həşəratlar da insan üçün faydalıdır.

Digər məsələ isə budur ki, dünyada yaşayan bütün heyvanlar da hər biri özlüyündə bir ümmətdir və nəhayət, Allaha tərəf məhşur olacaqlar. Qurani-kərimdə buyurulur: "Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir".

Deməli, heyvanların vücudunun insanlar üçün faydalı olmasına və onların da Allah məxluqu olaraq, yaşam haqları olmalarına diqqət etməklə, onların öldürülməsi yaxşı deyil.

Lakin, insanın əzab-əziyyətinə, narahatlığına səbəb olsalar, yaxud insanın asayişini ondan alsa, onları öldürmək olar. Hər halda əgər əziyyət etməsələr belə onları öldürmək haram deyil.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930