Ani ölüm insanın rəftarı ilə necə bağlıdır?
Mьəllif: admin1
Tarix: 9-11-2021, 19:49
Ani ölüm insanın rəftarı ilə necə bağlıdır?
Bu dünyada dəyişməz bir qanun hökmdür ki, heç kəs onu dəyişdirməyə qadir deyildir, bu da ölümdür.

Agah və bəsirətli insanların bu qanunlarla bağlı kifayət qədər məlumatları vardır.

Ona görə də hər an özlərini ölümə hazır edə bilirlər. Belə deyə bilərik ki, hər kim ölüm haqqında daha agahdır, deməli daha müvəffəq və daha qüdrətlidir.

Bəzi ölümlər ani və qəflətən baş verər ki, onun da səbəbini insanın rəftar və əməlləri ilə bağlayırlar.

Qurani-Kərim də bu həqiqəti təsdiq edir ki, insanın həyatı da ölümü də əməl və rəftarlarından asılıdır.

“Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

İnsanın dünya həyatında məhz əqidə və əməli taleyinə və axirətinə təsir edər. Günah insanın həm bu dünyasına və həm də axirət dünyasına öz mənfi təsirlərini qoyar.

Ona görə də insanlar ibadəti tərk etdiklərinə, təqvadan uzaq olduqlarına görə ani ölümlə rastlaşırlar.

Yəni, qəti ölümün zamanı gəlib çatmazdan əvvəl, ani ölüm onların ömrünə son qoyar. Bununla da həyat nemətindən məhrum olarlar.

“(Nuh) dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün açıq-aşkar bir qorxudan (peyğəmbərəm)», «(Göndərilmişəm ki,) Allaha ibadətedəsiniz, Ondan qorxasınız və mənə itaət edəsiniz».

«(Belə edin ki,) O, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək (hər bir canlı üçün qaçılmaz olan əcələdək) möhlət versin (və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin), həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz». (“Nuh” 2-4).

Allah Təala bu ayələrdə ibadətdən qaçmağı, təqvasızlığı və İlahi peyğəmbərə itaət etməməyi ölümün səbəbləri kimi tanıtmışdır.

Quranın başqa ayəsində oxuyuruq: “Peyğəmbərləri onlara dedilər: «Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O, sizigünahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır”. (“İbrahim” 10).

Bu ayə isə insanların İlahi dəvəti qəbul etməməsinin ölümə gətirib çıxardığına işarə etmişdir.

Beləliklə deyə bilərik ki, əgər insan varlıq aləminin həqiqətini dərk edərsə və başa düşərsə ki, bir gün bu dünyanı dəyişib başqa bir dünyaya köçəcəkdir, o zaman öz rəftar və əməllərinə diqqət edərdi.

Qoymazdı ki, təqvasızlığı və günahları ona bu dünyada verilmiş möhləti qısaltsın və vaxtından tez dünya həyatını tərk etsin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031